Məhkəmə qərarları › İş №2(062)-3011/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-3011/2024

18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-3011/2024 18.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Tovuz rayon ASAN xidmət mərkəzi notariat ofisi və Daşınmaz Əmlakın Dövlət X10 şəxsi 15 saylı Ərazi İdarəsinə qarşı «Mirasın qəbul edilməsi faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhrum X2 və məhrum X3 miras qalan Tovuz rayon Düz Cırdaxan kəndində yerləşən torpağın miras əmlak klimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o,xx.xx.1962-ci ildə anadan olmuşdur, doğulduğu vaxtdan onu qeyri-rəsmi olaraq X4 və X5 vermişlər. Onlar onu öz övladları kimi böyüdüb başa çatdırmış və o, son vaxtlara kimi onların himayəsində olmuşdur. xx.xx.2011-ci ildə ona ata kimi olan Novruz İsmayılov vəfat etmiş, xx.xx.2013-cü ildə ona ana kimi olan Minarə İsmayılova vəfat etmişdir. Onların bütün dəf xərclərini və yas mərasimini o qarşılamışdır. Hal-hazırda o, onların qeyri-rəsmi olaraq vərəsəsidir və mirası faktiki olaraq qəbul etmişdir. Mərhumlardan Tovuz rayonu Cırdaxan kəndində Tovuz AİK-nin 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə 0.31 ha torpağın mülkiyyətə verilməsinə dair JN-259F nömrəli torpaq sahəsi verilmişdir. Bu günə kimi həmin torpaq sahəsində üzərində olan evdən o, istifadə edir. Hazırda istəyir ki, həmin torpaq sahəsini öz adına rəsmiləşdirsin. Ancaq rəsmi qaydada onu övladlığa götürmədiklərinə görə vərəsəliyi və mirası qəbul edə bilmir. Ona görə də məhkəməyə müraciət edir. Ərizəçi nümayəndəsi və vəkili X6 izahatında göstərdi ki, Ərizəçi qeydiyyatda olduğu və yaşayış yeri Bakı şəhəri olsa da hesab edir ki, hazırki işə mirasın olduğu yerdə baxılmalıdır. Odur ki, işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinin tələbinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərzəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizəçi Bakı şəhəri ünvan 1 ünvanda qediyyatdadır və həmin ümvanda yaşayır. Ərizə Suraxanı Rayon Məhkəməsinə verilməli olduğu halda, düzgün olmayaraq Tovuz Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin işin mirasın olduğu yer üzrə baxılmasına dair dəlillərinə münasibətdə onu qeyd edir ki, əvvəla ərizəçinin özünün də ərizəsinin məzmunundna müəyyən edilir ki, o miras qoyanın vərəsəsi və yaxud hər hansı qohumu deyildir. Bundan başqa da MPM-də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrə baxılmasının xüsusiyyətləri Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsində təsbit edilmiş və xüsusi aidiyyət qaydaları müəyyən edilmişdir. O işlərə mirasın olduğu yerdə baxılması nəzərdə tutulmuşdur ki, vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar mübahisə olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, Ərizəçi «mirasın qəbulu faktının müəyyən olunması» barədə ərizə üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309, 44.2, 45.1, 45.2, 45.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər qərardad onlara rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar