Məhkəmə qərarları › İş №2(062)-302/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-302/2024

15.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-302/2024 15.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair mülki işə Tovuz şəhərində 15 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq reyestr nömrəsi **********06 olan çıxarışla ona məxsus 0,0315 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh həmkəndlisidir. DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş reyestr nömrəsi ********** olan Çıxarışa əsasən, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,0315 ha torpaq sahəsi onun mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində özünün ailə ehtiyaclarını qarşılamaq işləri aparmaq istəyir. Lakin Cavabdeh torpaq sahəsinə girərək torpağı əkib-becərir və onu öz mülkiyyətindən istifadə etməyinə imkan vermir, ona mane olur. Odur ki, mülkiyyətində olan Tovuz rayon Düz Qırıqlı kəndində yerləşən 0,0315 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə sahələri qonşuluqda yerləşir. O, iddiaçının sahəsini zəbt etməmişdir. İddiaçının çıxarışı ona torpaq sahəsi verildikdən sonra verilmişdir, ona görə də qanunsuzdur. 3 sot torpaqdan əlavə ona torpaq verəsi deyildir. Torpaq qızınındır, qızı əkib becərir, ora ağaclar əkmişdir. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. Belə ki, surəti işə əlavə olunmuş reyestr nömrəsi **********06 olan çıxarışdan görünür ki, Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində 0,0315 ha torpaq sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 36 kv.metrə qədər hissəsi İddiaçı adına **********06 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış 0,0315 ha torpaq sahəsi ilə üst-üstə düşür. İşə əlavə olunmuş 01 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4853 saylı ekspert rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədi ilə, məhkəmə tərəfindən iddia işi üzrə təqdim edilmiş sənədlərə əsasən, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 36 kv metr hissəsi baza məlumatlarına əsasən, İddiaçı məxsus **********06 reyestr nömrəli çıxarışda olan torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı Tovuz rayonu Düz Qırıqlı kəndində 0,0315 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi reyestr nömrəsi **********06 olan çıxarışla xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Mütəxəssis rəyinə əsasən, Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 36 kv.metrə qədər hissəsi İddiaçı adına **********06 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış 0,0315 ha torpaq sahəsi ilə üst-üstə düşür. 01 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4853 saylı ekspert rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədi ilə, məhkəmə tərəfindən iddia işi üzrə təqdim edilmiş sənədlərə əsasən, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 36 kv metr hissəsi baza məlumatlarına əsasən, İddiaçı məxsus **********06 reyestr nömrəli çıxarışda olan torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, İddiaçı Cavabdeh qarşı Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,0315 ha torpaq sahəsindən çıxarılması tələbi üst-üstə düşən 36 kv.metr hissədən çıxarılması təmin edilməlidir. Həmin sahədən onun istifadəsinə yaradılan maneə aradan qaldırılmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh istifadəsində olan torpaq sahəsinin 36 kv metr hissəsi **********06 reyestr nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. İddianın həmin hissəsi qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Həmin sahədən iddiaçının istifadəsinə yaradılan maneə aradan qaldırılmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh mübahisəli torpaq sahəsinin ona məxsus olmasını göstərsə də, bu barədə rəsmi sənəd və ya mütəxəssis rəyi məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmənin qərardadı əsasında verilmiş rəydə həmin sahənin iddiaçıya aid olduğu göstərilmişdir. Tərəflər mütəxəssis rəyini mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən həmin xərc tərəflərdən bərabər qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh reyestr nömrəsi **********06 olan çıxarışla İddiaçı məxsus 0,0315 ha torpaq sahəsinin zəbt edilmiş36 kv metr hissəsindən çıxarılsın və həmin sahədən onun istifadəsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddianın qalan hissəsi təmin edilməsin. İddiaçı və Cavabdeh hər birindən 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar