Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-304/2024 22.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi X2 iştirakı ilə Ərizəçi X2 doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X4 məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2022-ci ildə Tunar adlı uşağın ondan doğulması faktının müəyyən olunmasına və uşağa doğum haqqında şəhadətnamə verilərkən adının Tunar, soyadının Kərəmova, ata adının X9, doğum yerinin Tovuz rayonu Qaraxanlı kəndi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X4 məhkəmə iclasında ərizəni müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, X9 ilə evlənib ailə qurmuşdur. xx.xx.2022-ci ildə Tunar adlı uşağı anadan olmuşdur. Nikahlarını xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. Tunarın anadan olması barədə həkim arayışını maraqlı şəxsə təqdim etsə də, ona Tunar barədə doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Tunar sağlamdır və hal-hazırda onun və əri Raminin himayəsində yaşayır. Uşağın anası o, atası X6r. Tunara doğum haqqında şəhadətnamənin verilməsi maraqlı şəxs üçün qeyri-mümkün olmuşdur və o maraqlı şəxsə müraciət etdikdə məhkəmə qaydasında baxıldıqdan sonra Tunara doğum haqqında şəhadətnamə verilməsi mümkün olacağı bildirilmişdir. Maraqlı şəxs tərəfindən uşağa doğum haqqında şəhadətnamə verilməsi uşağın qanunla qorunan hüquqlarını pozmuş olur. Halbuki o kifayət qədər hüquq müəyyən edici sənədləri maraqlı şəxsə təqdim etmişdir. Bir il yeddi ay keçdiyindən Tunarın doğumu barədə maraqlı şəxs tərəfindən qeydiyyat aparılması mümkün deyildir. Odur ki, xx.xx.2022-ci ildə Tunar adlı uşağın ondan doğulması faktının müəyyən olunmasına və uşağa doğum haqqında şəhadətnamə verilərkən adının Tunar, soyadının Kərəmova ata adının X9, doğum yerinin Tovuz rayonu Qaraxanlı kəndi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata uşağa doğum haqqında şəhadətnamə verilərkən adının Tunar, soyadının Kərəmova ata adının X9, doğum yerinin Tovuz rayonu Qaraxanlı kəndi qeyd olunmasına dair hissədə xitam verilmişdir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid qismində dindirilən X10 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi qonşusudur və o X9 ilə ailə həyatı qurmuş, ondan xx.xx.2022-ci il tarixdə Tunar adlı övladı anadan olmuşdur. Şahid qismində dindirilən X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi qonşusudur və o X9 ilə ailə həyatı qurmuş və ondan xx.xx.2022-ci il tarixdə Tunar adlı övladı anadan olmuşdur. Şahid qismində dindirilən X9 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi ailə həyatı qurmuş və onların xx.xx.2022-ci il tarixdə Tunar adlı övladı anadan olmuşdur. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(062)- 281/2023 saylı qətnamənin sürətindən görünür ki, X7 ilə X5 nikahı pozulmuşdur. İş materiallarında olan doğum haqqında tibbi şəhadətnamənin sürətindən görünür ki, Tağıyev Tunar xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maraqlı şəxs imtina rəyindən görünür ki, Ərizəçi övladının atalığının müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X4 xx.xx.2023-cü il tarixdə Tovuz regional Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli 534 qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan tibbi arayışdan görünür ki, X11 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Məhkəmə ərizəçini və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2022-ci ildə Tağıyeva(İsmayılova)X12 rayonunda xəstəxanada kişi cinsli sağlam uşaq doğmuşdur. Ərizəçi lazımi sənədləri qeydiyyat şöbəsinə təqdim edə bilmədiyindən doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin övladının doğulması Maraqlı şəxsndə qeydə alınmadığından ona doğum haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. Tovuz rayonunda X1 xx.xx.2022-ci ildə bir kişi cinsindən olan uşağın doğulması faktı müəyyən olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-304/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-304/2024
22.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver