Məhkəmə qərarları › İş №2(062)-3057/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3057/2025

28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3057/2025 28.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilməsi” barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin tələbi Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1938-ci ildə keçmiş Ermənistan SSR-nin Krasnoselsk rayonunda anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1938-ci ildə keçmiş Ermənistan SSR-nin Krasnıçelski rayonunda anadan olmuşdur. X12 anası ilə rəsmi nikahı olmamışdır. O, doğulduqdan qısa zaman sonra atası Böyük Vətən müharibəsinə getmiş və orada həlak olmuşdur. Onun soyadı Abbas adlı babasının soyadına uyğun olaraq Abbasov kimi qeyd edilmişdir. X1 onunla bir təsərrüfatda yaşamış və 2002-ci il tarixdə vəfat etmişdir. Anasının dəfn mərasimi o təşkil etmişdir və ondan qalan miras əmlak faktiki onun istifadəsindədir. Hazırda anasına münasibətdə vərəsəlik hüququndan, eyni zamanda ona məxsus sənədlərdən istifadə ilə bağlı zərurət olduğundan Maraqlı şəxsnə müraciət etmişdir. Ona məxsus doğum akt qeydinin tapılmadığı bildirilmişdir. Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarına əsasən, X1na Tovuz rayonu, Bozalqanlı kəndi ərazisindən 0.10 ha həyətyanı və 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X16 ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X13 ifadəsində bildirdi ki, Ərizəçi onun qayınıdır. O, Ermənistanın Krasnoselo rayonunun Yanıqpaya kəndində anadan olmuşdur. O, özü də Ermənistanda yaşamış, həmin vaxtdan Ərizəçi tanımış, gediş-gəlişləri olmuşdur. Ərizəçi müharibə dövründə Azərbaycana köçmüşdür. Məhkəmə iclasında şahid kimi dindirilmiş X14 ifadəsində bildirdi ki, Ərizəçi onun atasıdır. O, xx.xx.1938-ci ildə Ermənistanın Krsanoselo rayonunun Yanıqpaya kəndində anadan olmuşdur. X20, anası isə Mustafayeva Mənzər oğlumdur. Müharibə dövründə Azərbaycana köçüb gəlmişlər. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktla AZ 140101 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2002-ci ildə vəfat etmişdir. JN306A, KOD50300048 nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, X4 0.10 ha həyətyanı torpaq sahəsi, JN 443, KOD 50300048 nömrəli akta əsasən isə 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Tovuz regional “ASAN xidmət” Ədliyyə Nazirliyinin mərkəzində qeydiyyat şöbəsinin rəisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi doğum akt qeydi barədə məlumat aşkar edilməmişdir. Hunanlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 189 nömrəli və xx.xx.2025-ci il tarixli, 228 nömrəli arayışlarından görünür ki, xx.xx.1938-ci ildə anadan olmuş Ərizəçi Tovuz rayonu, Hunanlar kəndində qeydiyyatdadır və hazırda oarada yaşayır. Onun X3, X1 olmuşdur. Ərizəçi məxsus fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi xx.xx.1938-ci ildə Ermənistanın Krasnoselo rayonu, Yanıxpaya kəndində anadan olmuşdur. H3 seriyalı ******* nömrəli hərbi bilet və hərbi biletə uçot xidmət vərəqindən görünür ki, 1938-ci il təvəllüdlü Ərizəçi Elbəy oğlunun doğum yeri Ermənistan SSR-nin Krasnoselo rayonu, Yanıqpaya kəndi göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı:

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.1938-ci ildə Ermənistan SSR-nin Krasnoselo rayonunda anadan olmuşdur. X3, X1 olmuşdur. Mülki işin qeyd olunan halları Tovuz rayon Polis şöbəsi tərəfindən sorğu üzrə məhkəməyə göndərilmiş X7 məxsus olan şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkası ilə sübut olunur. Həmçinin şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlər ilə - icra nümayəndəliyindən alınmış arayışlar, X7 məxsus hərbi bilet və uçot xidmət vərəqi ilə də müəyyən edilir ki, Ərizəçi xx.xx.1938-ci ildə Ermənistan SSR-nin Krasnoselo rayonunda anadan olmuşdur. X3, X1 olmuşdur. Göründüyü kimi, Ərizəçi doğumun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədlərin alınmaması vərəsəlik hüquqlarının həyata keçirilməsinə imkan vermir. İş materiallarına əlavə edilmiş JN306A, KOD50300048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədən və JN 443, KOD 50300048 nömrəli aktdan görünür ki, X4 0.10 ha həyətyanı torpaq sahəsi və 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ərizəçinin hazırda məqsədi anasından miras qalmış həmin əmlaklara vərəsəlik hüququ əldə etməkdir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1938-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda X8 ilə X2 birgə yaşayışlarından doğulmasına dair dоğum аkt qeydlərinin aparılması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1938-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Abbasov”, adı “Nəcəf”, ata adı “Elbəyi”, doğum tarixi “xx.xx.1938-ci il”, doğum yeri “Ermənistan SSR, Krasnoselo rayonu”, ata qrafasında “X8”, ana qrafasında “X6” kimi qeydiyyat aparılsın. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar