Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-31/2025 19.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə Tovuz şəhərində 19 iyun 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq JN 1120 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə göstərilən cizgilər daxilində yerləşən 0,07 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Tovuz rayonu Alakol kəndində yerləşən onun adına torpağa mülkiyyət hüququna dair JN 1120 saylı Dövlət Aktında göstərilən 0,07 ha torpaq sahəsi qeydə alınmışdır. Cavabdeh həmin torpaq sahəsini zəbt etmişdir. Həmin torpaqdan istifadə etməyə maneələr yaradır. Odur ki, Tovuz rayonu Alakol kəndində yerləşən ona məxsus torpağa mülkiyyət hüququna dair JN 1120 saylı Dövlət Aktında göstərilən 0,07 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməlidir. Belə ki, surəti işə əlavə olunmuş JN 1120 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, AİK-nin 1999-cu il 08 fevral tarixli 30 saylı qərarı ilə Tovuz rayonu Alakol kənd ərazisində 0,07 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 0,07 ha torpaq sahəsi İddiaçı adına JN 1120 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydiyyata alınmış 0,07 ha torpaq sahəsi ilə üstüstə düşür. İşə əlavə olunmuş 12 may 2025-ci il tarixli, 3-16-16/2-10/2778 saylı ekspert rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədi ilə, məhkəmə tərəfindən iddia işi üzrə təqdim edilmiş sənədlərə əsasən, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 0,07 ha torpaq sahəsi İddiaçı adına JN 1120 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydiyyata alınmış 0,07 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı Tovuz rayonu Alakol kəndində 0,07 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Tovuz rayonu Alakol kəndində yerləşən İddiaçı adına torpağa mülkiyyət hüququna dair JN 1120 saylı Dövlət Aktında göstərilən 0,07 ha torpaq sahəsi kimi qeydə alınmışdır. Mütəxəssis rəyinə əsasən, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 0,07 ha torpaq sahəsi İddiaçı adına JN 1120 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydiyyata alınmış 0,07 ha torpaq sahəsi ilə üst-üstə düşür. 12 may 2025-ci il tarixli, 3-16-16/2-10/2778 saylı ekspert rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədi ilə, məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş sənədlərə əsasən, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 0,07 ha torpaq sahəsi İddiaçı adına JN 1120 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydiyyata alınmış 0,07 ha torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, İddiaçı Cavabdeh qarşı Tovuz rayonu Alakol kəndində yerləşən torpaq sahəsindən çıxarılması tələbinə görə üst-üstə düşən 0,07 ha torpaq sahəsindən çıxarılması təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh istifadəsində olan 0,07 ha torpaq sahəsinin JN 1120 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. İddia qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Həmin sahədən cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən həmin xərc tərəflərdən bərabər qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh JN 1120 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı məxsus 0,07 ha torpaq sahəsindən çıxarılsın. Dövlət rüsumu hesabına ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı və Cavabdeh hər birindən 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-31/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-31/2025
19.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver