Məhkəmə qərarları › İş №2(062)-3105/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3105/2023

27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3105/2023 27.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun qeydə alınması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun, yəni Ərizəçi ilə Quliyev Elşad oğlunun qeyri-rəsmi nikahlarından 21 aprel 2023-cü ildə Zeynəb adlı uşağın doğulması faktının müəyyən olunmasına və uşaq barədə doğum şəhadətnaməsi verilərkən uşağın doğum tarixinin 21 aprel 2023-cü il, adı Zeynəb soyadı Heçimxanova, ata adı Elşad, ana adının X2 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 28 aprel 2022-ci ildə X7 ilə qeyrirəsmi evlənmişlər. Evlənən gündən onun valideyinlərinə məxsus evə köçmüş və halhazırda onunla birgə yaşayır. Elşad Quliyevlə birgə yaşayışlarından 21 aprel 2023-cü ildə Zeynəb adlı bir qız uşaqları olmuşdur. Uşağın adına verilən həkim arayışını maraqlı şəxə təqdim etsə də ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Belə ki, həkim arayışını maraqlı şəxsə gec təqdim etmişdir. Yenidən müvafiq sənədlərin maraqlı şəxsə təqdim etməyi qeyri-mümkündür. Ona görə də, onun X12 uğlunun qeyri-rəsmi nikahlarından 21 aprel 2023-cü ildə Zeynəb adlı uşağının doğulması faktının müəyyən olunmasına və uşaq barədə doğum haqqında şəhadətnamə verilərkən uşağın doğum tarixinin 21 aprel 2023-cü il, adının Zeynəb,soyadının Heçimxanova ata adı Elşad, ana adının X1 qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştiraak edən ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid qismində dindirilən X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi, yəni Ərizəçi onun gəlinidir. 28 aprel 2022-ci il tarixdə X7 ilə qeyri-rəsmi nikaha girmişdir. 21 aprel 2023-cü il tarixdə Zeynəb adlı uşaqları anadan olmuşdur. Şahid qismində dindirilən X9 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi, yəni gəlini Ərizəçi onun gəlinidir. 28 aprel 2022-ci il tarixdə X7 ilə qeyri-rəsmi nikaha girmişdir. 21 aprel 2023-cü il tarixdə Zeynb adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunmuş tibbi arayışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi 28 aprel 2022-ci ildə X7 ilə qeyri-rəsmi qaydada evlənmişdir. Evlənən gündən onun valideyinlərinə məxsus evə köçmüş və hal-hazırda onunla birgə yaşayır. Elşad Quliyevlə birgə yaşayışlarından 21 aprel 2023-cü ildə bir qız uşaqları doğulmuşdur. Ərizəçi X10 ilə rəsmi nikah münasibətində olduğundan və onların bu nikahları xx.xx.2024-cü ildə pozulduğundan qeydiyyat şöbəsi tərəfindən uşağa doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2023-cü ildə Tovuz şəhərində Ərizəçi qadın cinsli uşağın doğulması faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar