Məhkəmə qərarları › İş №2(062)-3119/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3119/2024

23.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3119/2024 23.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində yerləşən daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış və reyesrt nömrəsi **********59-10301 olan çıxarışda göstərilən ümumi sahəsi 78 kv/m olan fərdi yaşayış evindən cavabdehlərin çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 sentyabr 2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində yerləşən 78 kv/m evi X4 almışdır. Alqı-satqı müqaviləsi Tovuz Rayon ASAN xidmət mərkəzinin notariat ofisində təsdiq olunmuşdur. Müqavilədə nəzərdə tutulan evin pulunu anası X2 ödəmişdir. Həmin ev daşımaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə onun adına qeydiyyata alınmış və reyesrt nömrəsi **********59-10301 olan çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixdən həmin fərdi yaşayış evi üzərində onun sərəncam hüquqları yaranmışdır. O, 25.11. 2017ildə X7 ilə rəsmi qaydada evlənib ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci ildə İzzət, xx.xx.2021-ci tarixdə Sənan adlı uşauşaqları olmuşdur. Ona anası həmin evi aldıqdan sonra uşaqlarla birlikdə Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində yerləşən 78 kv/m evə köçmüşdür. Cavabdehlər qaynatası Cavabdeh2, qaynanası Cavabdeh1 Tovuz Rayonu, Aşağı Quşçu kəndində fərdi yaşayış evləri var və daimi olaraq orada yaşayırlar. O, evlənən gündən qaynatasına məxsus olan Tovuz Rayonu, Aşağı Quşçu kəndində yerləşən evə köçmüşdür. Evdə narazılq olduğuna görə anası X2 hazırkı evi ona almış və o, ev alınandan sonra ora köçsə də cavadehlər ilə aralarında müntəzəm narazılqlar yaradırdı. 2024-cü ilin may ayının 20-də gecə saatlarında cavabdehlər onu və azyaşlı uşaqlarını evdən çıxarmış və o, gecə uşaqlarla birlikdə ata evinə gəlmişdir. Bütün əşyaları həmin evdədir. Mənzildən onun sahiblik və istifadə hüquqlarını pozmuş, hətta mənzilin xüsusi mülkiyyətçısı o olduğu halda onu və iki azyaşlı uşağını evdən zorla çıxarmışlar. Onun mənzildə bütün huquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddiaçı tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddiaya etiraz edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 izahatında göstərdi ki, həmin ev iddiaçının adına birgə nikah dövründə alınmışdır. O ev iddiaçının deyil, öz vəsaiti hesabına əldə edilmişdir. Onun öz valideynlərini mülkiyyətində olan evə köçürmək hüququ vardır.Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 arasında xx.xx.2017-ci il tarixdə 688 akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki,xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 valideyinləri X7 ilə İddiaçıdır. Hazırkı iş üzrə iddiaçı cavabdehlərin mübahisəli mənzildən çıxarılmalarını xahiş etmişdir. Mübahisəli mənzil iddiaçı ilə cavabdehlərin oğlu X7 ilə birgə nikah dövründə əldə edilmişdir. Cavabdehlər X1 razılığı ilə həmin evə köçmüşlər. Mübahisəli hüquq münasibəti 2022-ci ildə yaranmışdır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi cavabdehlərin ümnumi birgə mülkiyyətdə olan evdən çıxarılması digər mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, cavabdehlər oğlunun razılığı ilə həmin evə köçürülmüşlər ki, həmin mülkiyyətçinin əvəzinə iddiaçı sərəncam verməkdə haqlı deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar