Məhkəmə qərarları › İş №2(062)-318/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-318/2025

06.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-318/2025 06.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tovuz regional “ASAN xidmət” Mərkəzindəki Notariat ofisi göstərilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi Ərizəçi maraqlı şəxs Tovuz regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2015-ci ildə vəfat etmiş X4 onun atası olması – qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1983-cü ildə Rusiya Federasiyası Orenburq şəhərində anadan olmuşdur. X2 xx.xx.2015-ci ildə, anası X6 isə xx.xx.2022-ci ildə vəfat etmişdir. Atası və anasının birgə nikahından bir uşaqları yəni o, anadan olmuşdur. Atasından miras qalmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,15 ha torpaq sahəsinin adına rəsmiləşdirlməsi üçün müraciət etsə də ona rəsmi qaydada bildirilmişdir ki, qohumluq münasibətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq olmuşdur. Halbuki onunn sənədlərində hər hansı bir problem yoxdur. Doğum haqqında şəhadətnaməsi Rusiya Federasiyasında doğulduğu üçün orada verilmişdir. Həmin sənəddə isə hər hansı problem mövcud deyil. Doğum haqqında şəhadətnaməsi tərcümə olunaraq ona şəxsiyyət vəsiqəsi verilərkən onun soyadı "Alməmmədov" kimi qeyd olunmuşdur. Halbuki onun əslində soyadı "Əliməmmədovdur". Belə ki, rus dilində "O" hərfi mövcud deyil. Mamedov isə Azərbaycan dilində Məmməd kimi tərcümə olunur. Bununla bağlı Tovuz Rayon Məhkəməsinə müraciət etsə də ona bildirilmişdir ki, ona məxsus doğum haqqında şəhadətnamədə onun soyadı düz göstərilmişdir. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs notariat ofisinə müraciət etsə də ona məktubla bildirilmişdir ki, sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, qohumluq münasibətlərini müəyyən edən sənədlərdə uyğunsuzluq səbəbindən mümkün olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Tovuz regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2023-cü il tarixli Tovuz rayonu Aşağı Quşçu kənd ərazi nümayəndləyi tərəindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2015-ci il tarixdə ölmüşdür. xx.xx.2023-cü il tarixli Tovuz rayonu Aşağı Quşçu kənd ərazi nümayəndləyi tərəindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi ata adı “Viktor” kimi göstərilmişdir. Tovuz Rayon Qeydiyyat Şöbəsindən verilmş 30 mart 2024-cü il tarixli 3/16-5/8-09- 291/24 nömrəli məktuba əsasən xx.xx.2015-ci il tarixdə ölmüş X7 xx.xx.1982-ci il tarixdə X6 ilə nikaha girmiş və nikahından xx.xx.1983-cü il tarixdə Ərizəçi doğulmuşdur. Tovuz regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi xx.xx.2023-cü il tarixli 5646 nömrəli məktuba əsasən X7 ilə qohumluq münasibətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq vardır. Məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, ərizəçinin dayısıdır. Ramil X1 X3 nikahından doğulduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, ərizəçinin bibisidir. Ramil X1 X3 nikahından doğulduğunu təsdiq edir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum X5 övladı olması faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2015-ci il tarixdə ölmüş X4 xx.xx.1983-cü il tarixdə anadan olmuş Ərizəçi (AZE №********) atası olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.2015-ci il tarixdə ölmüş X4 xx.xx.1983-cü il tarixdə doğulmuş Ərizəçi (AZE №********) atası olmaqla həmin şəxslərin qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar