Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-3389/2025 09.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Ərizəçi, Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 Saylı X2 göstərilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi Ərizəçi maraqlı şəxs Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 Saylı X2 göstərilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 1983-cü ildən mərhum qaynatası X4 vəfat etdiyi dövrədək Əliyev alıb Məmməd oğlunun öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi təkrar müraciət etmiş və tələbini dəqiqləşdirərək məhkəmədən 1983-cü ildən mərhum qaynatası X4 vəfat etdiyi dövrədək Əliyev alıb Məmməd oğluna qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum qaynatası X7 1927-ci il tarixdə anadan olmuş və xx.xx.2024-cü il tarixdə 97 yaşında vəfat etmişdir. Mərhum qaynatasının 70 yaşından sonra ahıl yaşda qulluğa ehtiyacı yarandığından və onun həyat yoldaşı vəfat etdiyindən ərizəçi ona qulluq etmiş, qaynatasının himayəsində və öhdəsində olmuşdur. Ahıl yaşlı şəxsə qulluq etdiyi və onun himayəsində olduğu həmin dövrün sosial sığorta stajına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 saylı X2na müraciət edilmişdir. Lakin həmin qurum tərəfindən ərizəçiyə imtina verilmiş və bildirilmişdir ki, mərhum qaynatasının öhdəsində olması barədə faktın təstiqi qaydasında qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim edildikdə müraciəti təmin olunacaqdır. Bu səbəbdən ərizəçi mərhum qaynatası X4 öhdəsində olma faktının müəyyən edilməsi ilə bağlı qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Sübut olaraq Tovuz Şəhər İcra Nümayəndəsinin qonşularla birlikdə tərtib etdiyi akt ərizəyə əlavə edilmişdir. Ərizəyə etirazın əsaslandırıldığı hallar Maraqlı şəxs Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ərizəyə etirazını onunla əsaslandırmışdır ki, ərizəçi Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə müraciət etmiş və həmin müraciət xx.xx.2025-ci il tarixli 3-17-2/3-M-160635/2025 nömrəli məktubla cavablandırılmışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan şərtlər, o cümlədən sığorta stajı və pensiya kapitalı barədə müddəalar qeyd edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu ildən etibarən yaşa görə əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi mexanizmi və 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması qaydası göstərilmişdir. Ərizəçinin təqdim etdiyi sənədlərə əsasən onun ümumi sığorta stajının 9 il 8 gün təşkil etdiyi, fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınmadığı üçün avtomatlaşdırılmış qaydada pensiya təyinatının mümkün olmadığı bildirilmişdir. Qanunun 21.2.4-cü maddəsinə əsasən ahıllara (70 yaşına çatmış şəxslərə) qulluq edilməsi müddətinin sosial sığorta stajına daxil edildiyi, lakin qulluqolunan vəfat etdiyi halda həmin müddətin müvafiq Qaydaların 4.1.6-cı yarımbəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilməli olduğu vurğulanmışdır. Ərizəçi ümumi sığorta stajı pensiya hüququ üçün kifayət etmədiyindən imtina verildiyi, lakin əlavə sənədlər təqdim ediləcəyi təqdirdə məsələyə yenidən baxılacağı qeyd edilmişdir. Eyni zamanda, C. Muğalovaya xx.xx.2016-cı il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi və hazırda 220 manat məbləğində ödənişin davam etdirildiyi bildirilmişdir. Mülki Prosessual Məcəllənin 305.1, 307.2.11 və 310-cu maddələrinə istinad edilərək, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydası və Ali Məhkəmənin Plenum qərarının tələbləri izah edilmişdir. Plenum qərarına əsasən, "şəxsin öhdədə olma faktı" ərizəçinin özünün ölən şəxsin tam təminatında olmasını nəzərdə tutduğu və bu faktın ailə başçısını itirməyə görə pensiya təyinatı kimi hüquqi nəticələr yaratdığı göstərilmişdir. Lakin Ərizəçi Qanunla müəyyən edilmiş ailə üzvləri sırasına daxil olmadığı, həmçinin ərizədəki iddialar ilə təqdim olunmuş xx.xx.2025-ci il tarixli akt arasında ziddiyyətlər mövcud olduğu üçün ərizəçinin tələbinin qanunsuzdur. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək ərizənin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bəzi Tovuz şəhər sakinləri və Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məhsul işçisi X6 tərəfindən təsdiq edilmiş 29iyul 2025-ci il tarixli aktda göstərilmişdir ki Ərizəçi 1997-ci il tarixdən qaynatası mərhum X7 ilə birlikdə yaşamış və ölənədək ona qulluq etmiş və bütün işlərində köməklik göstərmişdir. xx.xx.2024-cü il tarixli Tovuz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından Ərizəçi verilmiş 09 iyul 2025-ci il tarixli məktubda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən ümumi sığorta stajınız 9 il 8 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən hesabınızın sığorta xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesal hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Tətbiq edilən hüquq “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən, yaşa görə sosial müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin siyahısı göstərilmişdir ki, onlardan biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə, həm də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da daxildir. Həmin Məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası göstərilmişdir ki, həmin qaydaya əsasən, ərizədə faktın müəyyən edilməsinin ərizəçiyə hansı məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin başqa qaydada ala bilməməsini və ya itirilmiş sənədlərin bərpasının mümkün olmamasını təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və ya xitam verilməsi ilə bağlı olan faktları müəyyən edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1-ci bəndində məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilmişdir. Plenum qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında yalnız o halda müəyyən edilə bilər ki, bu faktlar qanuna əsasən hüquqi nəticələr doğurmaqla fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin və ya itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericilikdə həmin faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə mövcud olmasın. Bu şərtlərin hamısı birlikdə mövcud olmalıdır, onların hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə — yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) ilə müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata qəbul edilmişdirsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Sözügedən qərarın 3 və 3.1-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində olması faktını deyil, ərizəçinin özünün vəfat etmiş şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktı yalnız hüquqi nəticə doğurduğu halda hüquqi əhəmiyyətə malik olur. Bu fakt əsasən ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlərin) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədi ilə müəyyən edilə bilər. Bu zaman məhkəmə ərizəçinin qanunla müəyyən edilmiş kateqoriyaya aid olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olubolmamasına və ya ondan yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi yardım almasına diqqət yetirməlidir. Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının: 14.1.1. 18 yaşına çatmamış övladları; 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslər; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar (lakin ən çoxu 23 yaşınadək), 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa və ya orqanizmin funksiyalarının 61–80 faiz və ya 81– 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdirsə, 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri, ər (arvad), baba, nənə, qardaş, bacı vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri şərtlər göstərilmişdir. Həmin şərtlərə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları yalnız o halda müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin və ya itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin qeyd olunan Plenum qərarında izah edilmişdir ki, lazımi sənədin alınmasının mümkün olmaması dedikdə, qanunvericilikdə müvafiq faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması və ya həmin qaydaya riayət edilməməsi, eləcə də mövcud şəraitdə bu qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü başa düşülür. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən, yaşa görə sosial müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının: 14.1.1. 18 yaşına çatmamış övladları; 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslər; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar (lakin ən çoxu 23 yaşınadək), 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa və ya orqanizmin funksiyalarının 61–80 faiz və ya 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdirsə, 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri, ər (arvad), baba, nənə, qardaş, bacı vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilir. Göründüyü kimi, ərizəçi C. Muğalova mərhum X5 yuxarıda göstərilən ailə üzvləri sırasına daxil olmadığından, onun “öhdədə olma” faktı müəyyən edilsə belə, bu hal hüquqi nəticə doğurmayacaqdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə — yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) ilə müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata qəbul edilmişdirsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizə üzrə icraata xitam verilsin. Ərizəçiyə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-3389/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-3389/2025
09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver