Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3628/2025 04.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyma” barədə ilkin iddia, Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması və uşaqlarla birgə evə köçürülmə” barədə qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1ində yerləşən reyestr nömrəsi **********02-10301 nömrəli, qeydiyyat tarixi xx.xx.2021-ci il olan xüsusi mülkiyyətində olan evindən çıxarılmasına və qanunsuz müdaxiləsinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yaşayır. Həmin kənddə ona məxsus olan reyestr nömrəsi **********02-10301 nömrəli, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli olan xüsusi mülkiyyəti vardır. Cavabdeh oğlu X10 qarşı hazırda Tovuz Rayon Məhkəməsində "nikahın pozulması" tələbinə dair iddia qaldırmışdır. İş məhkəmənin icraatındadır 2(062)-3025/2025 sayla qeydiyyata alınmışdır. Bundan başqa həmin ev ona məxsusdur, orada gəlininin yaşayış hüququ mövcud deyil, gəlininin oradan çıxarılması ilə bağlı məhkəməyə müraciət edir. Keçmiş gəlini ona narahat edir. Odur ki, ünvan 1 sakini Cavabdeh ona məxsus olan rayonu ünvan 1ində yerləşən reyestr nömrəsi **********02- 10301 nömrəli, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli olan xüsusi mülkiyyətində olan evdən çıxarılmasına köməklik edilməsi xahiş edir. Həmin cavabdehin onun mülkiyyətində qalması onun hüquqlarını pozur. Ona görə də Tovuz Rayon Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddiaçı cavabdehin razılığı ilə ilə əvəz edilmişdir. Cavabdehlər X10 və X2 qarşı qarşılıqlı iddia ilə müraciət edərək onun və uşaqlarının Xədicə və Lamiyyə ilə birlikdə ünvan 1ində yerləşən hazırda cavabdehlərin sahiblik etdiyi fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh X11 ilə 27 iyun 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahdan 14 aprel 2008-ci ildə Xədicə və 27 mart 2012-ci ildə Lamiyyə adlı iki nəfər uşağı anadan olmuşdur. Cavabdeh X11 ilə ailə qurarkən cavabdehlərin yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, ona məxsus bütün əşyalar o, cümlədən valideyinlərinin ona verdiyi cehiz əşyaları həmin evə yığılmışdır, hazırda da həmin evdədir. O, həmin evə gəlin köçərkən cavabdehlər onu həmin evə köçməmə və daimi yaşamağa razılıq vermişlər, həmin təsərrüfata qeydiyyata alınmışlar. Cavabdeh X11 ilə aralarında narazılıq yaranmış və cavabdehlər birləşərək onu məcburi qaydada evdən çıxarmışlar. Onun başqa yaşayış yeri yoxdur, cavabdehlərin yaşadığı evə köçərək həmin evdə yaşayaraq uşaqları ilə birlikdə həmin evdə yaşayış sahəsindən istifadə hüquqi əldə etmiş, lakin cavabdehlər onu yaşadığı evdən məhrum etmişlər və o hesab edir ki, onun uşaqları Xədicə və Lamiyyə ilə birlikdə ünvan 1ində yerləşən hazırda cavabdehlərin sahiblik etdikləri fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüquqları tanınmalı və həmin evə köçürülməlidirlər. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı ilə əvəz edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) ilk iddianın məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o mübahisəli evə 2007-ci ildə gəlin köçmüşdür. 15 min manat kredit götürərək həmin evə xərc çəkmişdir. O, hər yerdə işləyib iki qız uşağı böyütmüşdür.Ona görə də onun həmin evdən istifadə hüququ vardır. Məhkəmə, tərəfləri dinləyərək və sübutları araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi tam hissədə, torpaq sahəsi 2/3 hissədə X1; 1/3 hissədə torpaq sahəsi X8 adınadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nikah haqqında arayışdan görünür ki, X11 ilə Cavabdeh arasında xx.xx.2007-ci ildə nikah bağlanmışdır. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli doğum haqqında arayışından görünür ki, X9 xx.xx.2008-ci ildə doğulmuşdur. X5 ilə Cavabdeh oğludur. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli doğum haqqında arayışından görünür ki, X7 xx.xx.2012-ci ildə doğulmuşdur. X5 ilə Cavabdeh oğludur. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində 0.251 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 109 kv.m olan fərdi yaşayış evinə dair X1 paylı mülkiyyətdə olmaqla adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmiş və Tovuz regional "ASAN xidmət" mərkəzinin notariat ofisinin 40-1523 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında qeyd edilən əmlak özgəninkiləşdirilmişdir. Hal-hazırda X1 adına Tovuz rayonu, Əlimərdanlı kəndində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən X1 adına fərdi yaşayış evinin qeydiyyata alınmasına dair 15 saylı Tovuz Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, X4 rayonu Əlimərdanlı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.0707 ha olan torpaq sahəsinin ona məxsus hissəsini İddiaçı bağışlamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2026-cı il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvan: Tovuz rayonu, Əlimərdanlı kəndi) ünvanında yerləşən fərdi yaşayış evi və 0.0707 ha torpaq sahəsi İddiaçı adınadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2025-cı il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.0707 ha torpaq sahəsi X8 adınadır. Məhkəmə hesab edir ki, tələblərin hər ikisinə hüquqi qiymətin verilməsi Cavabdeh mübahisəli evdə istifadə hüququnun olub-olmaması ilə bağlıdır. İşdən göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2007-ci ildə yaranmış, 2007-ci ildə Şəhanə qaynatasının mülkiyyətində olan evə gəlin köçmüş, 2021-ci ildə fərdi yaşayış evi tam payla qaynana İzmayılova Züleyxanın mülkiyyətinə keçmiş, torpaq sahəsinin 1/3 hissəsi isə Şəhanənin əri Rəşad Əhmədovun mülkiyyətində qalmışdır. 2026cı ildə isə fərdi yaşayıv evi İddiaçı adına rəsmiləşdirilmişdir, yəni ona bağışlanılmışdır. Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinin tələbinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İşdən göründüyü kimi 2007-ci ildə Cavabdeh mübahisəli evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. 2025-ci ildə isə mülki hüquq münasibətlərinə yeni mülkiyyətçi, yəni Züleyxa ismayılova daxil olmuşdur. O Cavabdeh qaynanasıdır. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi cavabdehin yaşadığı evin 2025-ci ildə Züleyxa İsmayılovanın, 2026-cı ildə isə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınması həmin evdə yaşan şəxslərin, o cümlədən Cavabdeh evin mülkiyyətçisi olmuş İddiaçı və Züleyxa İsmayılovaya münasibətdə hüquq və vəzifələrinin həcminin dəyişilməsinə səbəb olmuşdur. Beləliklə 2025-ci ildən başlayaraq tərəflər arasında yeni hüquq münasibətləri yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, onlar arasında yaranmış hüquq meünasibətlərinə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh İddiaçı ailə üzvü olmayaraq, ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından onun İddiaçı xüsusi mülkiyyətində olan evdən istifadə etmək hüququ da yoxdur. Məhkəmə Cavabdeh istifadə hüququnun olmaması qənaətinə gəldiyindən, məhkəmə hesab edir ki, o iddiaçıya məxsus yaşayış evindən çıxarılmalıdır. Evdən çıxarılma qanunsuz müdaxiləni də özündə ehtiva etdiyindən həmin hissəyə hüquqi qiymətin verilməsinə zərurət yoxdur. Belə olduğu halda qarşılıqlı iddia da təmin edilə bilməz. Çünki Cavabdeh evdən istifadə hüququnun olmaması müəyyən edildiyindən o həmin evə köçürülə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu əvəzi qismində 100 manat pul Cavabdeh tutularaq İddiaçı, qarşılıqlı iddia təmin edilmədiyi üçün həmin ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İlkin iddia təmin edilsin. İddiaçı məxsus ünvan 1ində yerləşən reyestr nömrəsi **********02-10301 nömrəli, qeydiyyat tarixi xx.xx.2021-ci il olan evdən Cavabdeh çıxarılsın. İlk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdehlər X10 və X2 qarşı “istifadə hüququnun tanınması və uşaqlarla birgə evə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3628/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3628/2025
04.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver