Məhkəmə qərarları › İş №2(062)-38/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-38/2024

10.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-38/2024 10.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı Tovuz Rayon X3 sədri X1, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iştirakları ilə, İddiaçı Tovuz rayon X3 Cavabdeh1, üçüncü şəxslər Cavabdeh2 qız, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tovuz Rayon X4 Cavabdeh1, üçüncü şəxslər Cavabdeh2 qız, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 zəbt etdiyi 50 metr uzunluğunda, 2,60 metr enində su arxının açılmasına və cavabdehin Tovuz rayonu X4nə məxsus torpaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Tovuz rayon X3 sədri X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Düz Cırdaxan kənd bələdiyyəsinə məxsus Tovuz rayonu Düz Cırdaxan kənd ərazisində olan torpaq sahəsindən Cavabdeh1 torpaq sahəsini və həmin sahədən keçən su arxını qanunsuz olaraq tutmuşdur. Bununla bağlı ona dəfələrlə irad bildirilməsinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Kənd sakinləri Cavabdeh2 qız, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 bələdiyyəyə müraciət edərək istifadələrində olan onlara və ailə üzvlərinə məxsus torpaq sahəsinin suvara bilmədiklərini, bunun nəticəsində təsərrüfat və əkinlərin susuzluqdan məhv olduğunu bildirmişlər. Cavabdeh5 məxsus olan torpağın mülkiyyətə verilməsinə dair JN-511A saylı şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsinin, Cavabdeh3 məxsus olan torpağın mülkiyyətinə verilməsinə dair JN-507A saylı şəhadətnamədə göstərilən 0,36 ha torpaq sahəsinin, Cavabdeh6 məxsus olan torpağın mülkiyyətə verilməsinə dair JN-228A saylı şəhadətnamədə göstərilən 0,09 ha torpaq sahəsinin suvarılmamasını bildirmişlər. Bundan başqa qeyd etdiyi digər kənd sakinləri də torpaqlarının suvara bilmədiklərini qeyd etmişlər. Yerində araşdırma nəticəsində bəlli olmuşdur ki, həqiqətən də kənd sakinlərinin iradları haqlıdır. Cavabdeh1 faktiki şəkildə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini və onun içərisindən keçən həyətyanı torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulmuş arxı qəsdən bağlamışdır. Bununla bağlı həm kənd sakinləri, həmçinin X4 tərəfindən cavabdehə arxın könüllü şəkildə açılmasının bildirilməsinə baxmayaraq cavabdeh su arxının açılmasını təmin etmir. Bununla da cavabdeh həm bələdiyyənin, həm də vətəndaşların qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, Cavabdeh1 zəbt etdiyi 50 metr uzunluğunda, 2,60 metr enində su arxının açılmasına və cavabdehin Tovuz rayonu X4nə məxsus torpaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Tovuz Rayon X3 sədri X2 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehə dəfələrlə su arxının açılması barədə müraciət edərək vətəndaşların torpaq sahələrinə suyun buraxılmasını tələb etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 bildirdi ki, Cavabdeh1 torpaq sahəsini zəbt etdiyindən onlar öz torpaq sahələrini suvara bilmirlər. Ona görə də iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh3 bildirdi ki, Cavabdeh1 torpaq sahəsini zəbt etdiyindən onlar öz torpaq sahələrini suvara bilmirlər. Ona görə də iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh4 bildirdi ki, Cavabdeh1 torpaq sahəsini zəbt etdiyindən onlar öz torpaq sahələrini suvara bilmirlər. Ona görə də iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh5 bildirdi ki, Cavabdeh1 torpaq sahəsini zəbt etdiyindən onlar öz torpaq sahələrini suvara bilmirlər. Ona görə də iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh6 bildirdi ki, Cavabdeh1 torpaq sahəsini zəbt etdiyindən onlar öz torpaq sahələrini suvara bilmirlər. Ona görə də iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxsləri dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş 26 aprel 2024-cü il tarixli 3-16-16/2-10/8770 saylı ekspertiza rəyindən görünür ki, baza məlumatlarına əsasən (TEKUİS) Cavabdeh1 məxsus 26153075 qeydiyyat nömrəli çıxarışda olan 0.12 ha torpaq səhəsinin və istifadəsi kimi təqdim edilən torpaq sahəsinin koordinatları ilə iddia edilən su arxının koordinatlarının üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayonu Düz Cırdaxan kənd bələdiyyəsinə məxsus Tovuz rayonu Düz Cırdaxan kənd ərazisində olan torpaq sahəsinin su arxı kimi nəzərdə tutulmuş uzunluğu 50 metr, eni isə 2,60 metr olan hissəsi Cavabdeh1 tərəfindən hər hansı hüquqi əsas olmadan tutulmuşdur. 26 aprel 2024-cü il tarixli 3-16-16/2-10/8770 saylı ekspertiza rəyi ilə Cavabdeh1 məxsus 26153075 qeydiyyat nömrəli çıxarışda olan 0.12 ha torpaq səhəsinin və istifadəsi kimi təqdim edilən torpaq sahəsinin koordinatları ilə iddia edilən su arxının koordinatlarının üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Tovuz rayonu Düz Cırdaxan kənd bələdiyyəsinə məxsus Tovuz rayonu Düz Cırdaxan kənd ərazisində olan torpaq sahəsinin su arxı kimi nəzərdə tutulmuş uzunluğu 50 metr, eni isə 2,60 metr olan hissəsindən mülkiyyətçinin maraqlarına zidd şəkildə Cavabdeh1 tərəfindən istifadə etməsi qanunsuzdur. Məhkəmə iş üzrə sübutları tam və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, uzunluğu 50 metr, eni isə 2,60 metr olan su arxı açılmaqla cavabdeh torpaq sahəsinin qeyd edilən hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Uzunluğu 50 metr, eni isə 2,60 metr olan su arxı Cavabdeh1 tərəfindən açılmaqla Cavabdeh1 Tovuz Rayon X4nə məxsus qeyd edilən torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar