Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3834/2025 27.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tovuz regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi” barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin tələbi Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1960-cı ildə Tovuz rayonu, Çeşməli kəndində anadan olması faktının müəyyən edilməsinə, ona doğum haqqında şəhadətnamə verilərkən ata adının X13, ana adının X14 qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə X13 ilə X6 birgə nikahlarından anadan olmuşdur. Atası xx.xx.2018-ci il tarixdə anası isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Atasından miras qalmış əmlakı adına sənədləşdirmək üçün müraciət etdikdə ona məlum olmuşdur ki, onun doğum qeydi üzrə heç bir qeydiyyat aparılmamışdır. Halbuki onun şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1960-cı il qeyd edilmişdir. Onun adına yenidən doğum qeydinin aparılması məhkəmədən kənar mümkün deyildir. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, maraqlı şəxs səhvən Maraqlı şəxs kimi qeyd edilmişdir. Odur ki, maraqlı şəxs kimi Tovuz regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin qeyd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X18 ifadəsində bildirdi ki, Ərizəçi doğma bacısıdır. X3, anaları X14 olmuşdur. Ərizəçi ilk uşaq olmuşdur.1960-cı ilin mart ayında anadan olmuşdur. Ailədə 7 uşaq olmuşlar. Səmayənin doğum qeydinin hansı səbəbdən aparılmamasından məlumatı yoxdur. Digərlərinin doğum qeydi aparılmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X22 ifadəsində bildirdi ki, Ərizəçi ilə uzun illərdir qonşudurlar. O, özü Çeşməli kəndində müəllim işləmişdir. Səmayənin atası X13, anası X14 olmuşdur. Ailədə 7 uşaq olmuşlar. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktla AZ-İ 809858 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. AZ-İ 960688 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ərizəçi məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. X8 məxsus təsərrüfatla bağlı kitabdan çıxarışdan görünür, Ərizəçi Kazım qızı onun qızı kimi qeyd edilmiş, doğum tarixi xx.xx.1960-cı il göstərilmişdir. Eyni zamanda X2 Müsəllim Kazım oğlunun arvadı kimi qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3/16-5/8-09-289/24 saylı məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X13 xx.xx.1963-cü il tarixdə X19 ilə evlənmişdir. M.Hüseynovun övladları xx.xx.1960-cı il tarixli Ərizəçi, xx.xx.1963-cü ildə X18, xx.xx.1964-cü ildə X4, xx.xx.1965-ci ildə X9, xx.xx.1967-ci ildə X20, xx.xx.1969-cu ildə X5, xx.xx.1972-ci ildə X11 və xx.xx.1974-cü ildə X12 anadan olmuşdur. Tovuz regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3/16-5/8-69-3190/2025 saylı arayışdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydi üzrə yoxlama aparıldığı və aşkar olunmadığı qeyd edilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-3190/2025 saylı məktubdan görünür ki, Ərizəçi akt qeydinin bərpası mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Çeşməli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 160 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Tovuz rayonu, Çeşməli kəndində anadan olmuş, atası X13, anası X10r. Ərizəçi məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Tovuz rayonu, Çeşməli kəndində anadan olmuş, atası X13, anası X10r. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.
13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.1960-cı ildə Tovuz rayonu, Çeşməli kəndində anadan olmuş, atası X13, anası X14 olmuşdur. Mülki işin qeyd olunan halları Tovuz rayon Polis şöbəsi tərəfindən sorğu üzrə məhkəməyə göndərilmiş Ərizəçi məxsus olan şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkası ilə sübut olunur. Belə ki, Ərizəçi məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Tovuz rayonu, Çeşməli kəndində anadan olmuş, atası X13, anası X10r. X1 məxsus təsərrüfatla bağlı kitabdan çıxarışdan görünür, Ərizəçi Kazım qızı onun qızı kimi qeyd edilmiş, doğum tarixi xx.xx.1960-cı il göstərilmişdir. Eyni zamanda X2 Müsəllim Kazım oğlunun arvadı kimi qeyd edilmişdir. Bundan başqa şahid ifadələri və iş materiallarına əlavə edilmiş icra nümayəndəliyindən alınmış arayış ilə də müəyyən edilir ki, Ərizəçi xx.xx.1960-cı ildə Tovuz rayonu, Çeşməli kəndində anadan olmuş, atası X13, anası X14 olmuşdur. Göründüyü kimi, Ərizəçi doğumun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədlərin alınmaması vərəsəlik hüquqlarının həyata keçirilməsinə imkan vermir. Ərizəçinin hazırda məqsədi atasından miras qalmış həmin əmlaka vərəsəlik hüququ əldə etməkdir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1960-cı ildə Tovuz rayonu, Çeşməli kəndində X13 ilə X6 birgə yaşayışlarından doğulmasına dair dоğum аkt qeydlərinin aparılması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1960-cı ildə Tovuz rayonu, Çeşməli kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Hüseynova”, adı “Səmayə”, ata adı “Müsəllim”, doğum tarixi “xx.xx.1960-cı il”, doğum yeri “Tovuz rayonu, Çeşməli”, ata qrafasında “X13”, ana qrafasında “X14” kimi qeydiyyat aparılsın. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərvanə İsaqlı