Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-394/2023 06.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı «əvəzi ödənilməklə zəruri keçidin verilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X4 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı «əvəzi ödənilməklə zəruri keçidin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh ilə qarşılıqlı razılaşma əsasında özünə məxsus evinə gedib-gəlməsi üçün cavabdehin mülkiyyətində olan torpaq sahəsindən əvəzi birdəfəlik ödənilməklə gediş-gəliş yolunun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayonu Aşağı Öysüzlü kəndində evləri və torpaq sahələri var ki, həmin əmlak reyestr nömrəsi **********0210301 olan çıxarışla daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində xx.xx.2014-cü il il tarixdə X2nun adına qeydə alınmaqla onun xüsusi mülkiyyətindədir. X2 xx.xx.2005-ci il tarixdə doğulmuşdur və tam fəaliyyət qəbiliyyətli olmadığından onun hüquqlarını qanuni nümyəndəsi olaraq o yerinə yetirir. Sözügedən fərdi yaşayış evi onların yeganə evidir, həmin evdən və torpaq sahəsindən başqa qalacaq yerləri yoxdur. Həmin fərdi yaşayış evinin sahəsi 59.1 kv.m-dir. Fərdi yaşayış evi oğlunun adına olduğundan həmin evə gediş-gəliş yolu da olmalıdır. Evi tikdirdikdən sonra bir neçə il hər hansı maneəsiz evlərinə sərbəst şəkildə gedib-gəlmişlər. Bir sözlə yolları olmuşdur. Lakin gediş-gəliş yolunun müəyyən bir hissəsi Cavabdeh mülkiyyətində olduğundan onun iddiası əsasında TovuZ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə istifadə etdikləri yoldan çıxarılmaları göstərilmişdir ki, həmin vaxtdan onlar həmin yoldan istfadə etmirlər. Evlərinə gediş-gəlişləri demək olar ki, dayandırılmışdır və qonşu ilə də öz aralarında hər hansı razılığa gələ bilmirlər. İstəyirlər ki, Cavabdeh ilə qarşılıqlı razilaşma əsasında onların evlərinə gedib-gəlmələri üçün yolun üzərində onun mülkiyyətində olan torpaq sahəsinin əvəzi birdəfəlik ödənilməklə onlara gediş-gəliş yolunun verilməsi üçün qətnamə çıxarılsın. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Daha sonra sonra iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı məhkəməyə ərizə təqdim edərək oğlu yetkinlik yaşına çatdığı üçün onun əsl iddiaçı X9 əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və göstərdi ki, iddiaçı ilə bundan qabaq da aralarında bir neçə dəfə məhkəmə mübahisəsi olmuşdur. İddiaçının evinə gediş-gəliş yolu verilməsini tələb etdiyi yol onun mülkiyyətində olan torpaq sahəsidir. Əvvəllər özü iddiaçıya təklif etmişdir ki, həmin torpaq sahəsini münasib qiymətə alsın. Lakin iddiaçı onunla razılaşmamış və öz hüquqlarını məhkəmə qaydasında həyata keçirəcəyini bildirmişdir. Həmin vaxtdan da elə aralarında mübahisə yaranmışdır. Hazırda mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya gediş-gəliş yolu verilməsinə qəti şəkildə narazıdır və heç vaxt ona yol verməyəcəkdir. İddiaçının özünün də bildirdiyi kimi evinin ümumiyyətlə gediş-gəliş yolu olmamışdır. İddiaçı ilə əvvəllər gediş-gəliş yolu üzrə hər hansı razılığa gəlmək istəsə də, iddiaçının razılığa meyilli olmamasından bu baş tutmamışdır. Hansı ki, bunun təqsiri də iddiaçıdadır. Bundan başqa verilmiş ekspert rəyi ilə də razı deyildir. Ekspertdən prokurorluq orqanlarına şikayət ərizəsi yazmışdır. Çünki torpaq sahəsinin bir sotunun dəyəri onlar qalan ərazidə 5000 manat təşkil edir. Buna baxmayaraq ekspert çox aşağı həddə məbləği müəyyən etmişdir. Tələb etdiyi həddə iddiaçı ona pul verəcəyi halda aralarında müəyyən razılaşma baş tuta bilər. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı İlkin Ələsgərov məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə cavabdeh ərizə təqdim edərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 59.1 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 məxsusdur. Doğum haqqında AZ-İ 686191 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. X1, anası İddiaçıdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-70 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, JN 640 KOD ******* saylı dövlət aktında göstərilən 0,50 ha torpaq sahəsinin Cavabdeh satılmış 0,07 ha hissəsindən cavabdehlər X7 və İddiaçı çıxarılması, həmin torpaq sahəsinə X10 tərəfindən çəkilmiş çəpərin sonuncunun hesabına sökülməsi və cavabdehlərin həmin torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-61 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh və Tovuz rayonu, Aşağı Öysüzlü bələdiyyəsinə qarşı «fərdi yaşayış evinə və torpaq sahəsinə gedişgəliş yolunun açılması» tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 2632 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-61/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 28 nömrəli rəydən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış üzrə X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport üzrə 0,04 ha torpaq sahəsinə gedş-gəliş yolu əks olunmamışdır. Lakin, baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti, o cümlədən tədqiq olunan ərazinin yerquruluşunu nəzərə alaraq, iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə gediş-gəliş yolu Əlibəyli-Tovuz avtomobil yoluna birbaşa çıxışı olan piyada və nəqliyyat üçün istifadəyə yararlı vəziyyətdə olan sahədən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinin mülkiyyətçisi X4 öz sahəsindən ictimai yola Cavabdeh istifadəsində olan torpaq sahəsindən başqa keçidi mövcud deyildir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinə zəruri keçidin yolverilənlik baxımdan yalnız Cavabdeh istifadəsində olan torpaq sahəsindən verilməsi mümkündür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinə Cavabdeh istifadəsində olan torpaq sahəsinin 67,34 kv.m-lik hissəsindən zəruri keçidin verilməsi texniki cəhətdən mümkündür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinə zəruri keçidin verilməsi tələb olunan Cavabdeh istifadəsində olan torpaq sahəsinin 67,34 kv.m. və 1 sotunun bazar dəyərinin 1250.00 manat olduğu nəzərə alınmaqla, zəruri keçidin ölçüləri əhatə etdiyi sahənin bazar dəyəri 842.00 manat məbləğini təşkil edir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki,tərəflərin arasında yaranmış mübahisə, özgənin sahibliyində olan sahədən zəruri yol və keçid verilmə ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına mülkiyyət hüququ, habelə mülkiyyət hüququna müdaxilə ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni zamanda Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsində müəyyən edilmişdir ki,sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsindəgöstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edəvə ona dair sərəncam verə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış əsasında Tovuz rayonu, Aşağı Öysüzlü kəndində 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 59.1 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçı X6 məxsusdur. Həmin torpaq sahəsi ilə Cavabdeh sahiblik və istifadəsində olan torpaq sahəsi qonşu torpaq sahələridir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu yoxdur. Tərəflər arasında əvvəllər də məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında həm iddiaçının (həmin vaxt tam fəaliyyət qabiliyyəti olmadığı üçün anası məhkəmə mübahisəsi üzrə tərəf olmuşdur) JN 640 KOD ******* saylı dövlət aktında göstərilən 0,50 ha torpaq sahəsinin Cavabdeh satılmış 0,07 ha hissəsindən çıxarılması, həm də onun Cavabdeh və Tovuz rayonu, Aşağı Öysüzlü bələdiyyəsinə qarşı «fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəliş yolunun açılması» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Hazırda isə iddiaçı zəruri keçidin verilməsini tələb edir. Bu tələbin başlanğıc hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsidir. Həmin normada göstərilmişdir ki, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir (Mülki Məcəllənin 175.2 və 175.3-cü maddələri). Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulub-tutulması, qonşuluqda yerləşən hansı torpaq sahəsindən verilməsinin məqsədəuyğun olub-olmaması, habelə zəruri keçid veriləcək torpaq sahəsinin dəyərinin hansı məbləğdə olmasının müəyyən edilməsi üçün iş üzrə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert qarşısında qoyulmuş suallar və suallara verilmiş cavablar aşağıdakı kimi olmuşdur: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış üzrə X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdurmu, tutulmuşsa haradan nəzərdə tutulmuşdur? -- Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış üzrə X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport üzrə 0,04 ha torpaq sahəsinə gedş-gəliş yolu əks olunmamışdır. Lakin, baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti, o cümlədən tədqiq olunan ərazinin yerquruluşunu nəzərə alaraq, iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə gediş-gəliş yolu Əlibəyli-Tovuz avtomobil yoluna birbaşa çıxışı olan piyada və nəqliyyat üçün istifadəyə yararlı vəziyyətdə olan sahədən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinin mülkiyyətçisi - X4 öz sahəsindən ictimai yola Cavabdeh istifadəsində olan torpaq sahəsindən başqa keçidi vardırmı ? -- Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinin mülkiyyətçisi X4 öz sahəsindən ictimai yola Cavabdeh istifadəsində olan torpaq sahəsindən başqa keçidi mövcud deyildir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinə zəruri keçidin verilməsi yolverilənlik baxımından ilk növbədə Cavabdeh istifadəsində olan torpaq sahəsindən verilməsi düzgündürmü? -- Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinə zəruri keçidin yolverilənlik baxımdan yalnız Cavabdeh istifadəsində olan torpaq sahəsindən verilməsi mümkündür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinə Cavabdeh istifadəsində olan torpaq sahəsindən zəruri keçidin verilməsi hansı qaydada və ölçülərdə mümkündür? -- Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinə Cavabdeh istifadəsində olan torpaq sahəsinin 67,34 kv.m-lik hissəsindən zəruri keçidin verilməsi texniki cəhətdən mümkündür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinə zəruri keçidin verilməsi tələb olunan Cavabdeh istifadəsində olan torpaq sahəsinin bazar dəyəri neçə manat təşkil edir? Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinə Cavabdeh istifadəsində olan torpaq sahəsindən zəruri keçid verilən zaman zəruri keçidin ölçüləri nəzərə alınmaqla əhatə etdiyi sahənin bazar dəyəri neçə manat təşkil edir? -- Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyd olunan X4 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,04 ha torpaq sahəsinə zəruri keçidin verilməsi tələb olunan Cavabdeh istifadəsində olan torpaq sahəsinin 67,34 kv.m. və 1 sotunun bazar dəyərinin 1250.00 manat olduğu nəzərə alınmaqla, zəruri keçidin ölçüləri əhatə etdiyi sahənin bazar dəyəri 842.00 manat məbləğini təşkil edir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki ekspert rəyi dəqiq və müfəssəl tərtib edilmiş, məhkəmə qərardadında qoyulmuş sualların hər biri ətraflı cavablandırılmış, habelə rəy verilən zaman mübahisəli sahənin yerləşdiyi ərazi “Google Earth” proqramının ortofoto görüntüləri (aerokosmik çəkiliş) üzərində aparılmışdır. Ona görə də rəyin sübut kimi qəbul edilməsi yolveriləndir. Yəni iddia tələbi Mülki Məcəllənin 175-ci maddəsinin tələbləri baxımından uğurludur. Çünki iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ictimai yola çıxışı yoxdur. Hazırda torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu mövcud deyildir. Bir sözlə iddiaçının mülkiyyətində olan əmlakdan istifadəsi mümkünsüz haldadır. Hansı ki, bu halda qanunverici qonşu torpaq sahəsindən zəruri keçidin verilməsini özündə ehtiva etmişdir. Həmçinin digər qonşu torpaq sahələrinə münasibətdə cavabdehin torpaq sahəsindən zəruri keçidin verilməsi daha məqsədəuyğundur. Çünki ekspert qeyd etmişdir ki, zəruri keçidin yolverilənlik baxımdan yalnız Cavabdeh istifadəsində olan torpaq sahəsindən verilməsi mümkündür. İddiaçı isə öz növbəsində zəruri keçid veriləcək ərazinin dəyərini birdəfəlik cavabdehə ödəməyə hazırdır. Bütün bu hallar iddia tələbinin təmin edilməsini şərtləndirir. Eyni zamanda o da qeyd olunmalıdır ki, zəruri keçidin verilməsi zamanı cavabdehin mülkiyyət hüquqlarına müdaxilə olunduğu üçün bu üzrə də hüquqi dəyərləndirilmə aparılmalıdır. Mülki Məcəllənin 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 04 aprel tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların,o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli,qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədəyönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilənəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə cavabdehin alqı-satqı müqaviləsi əsasında aldığı, faktik sahiblik və istifadəsində olan torpaq sahəsindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dəyəri ödənilməklə zəruri keçidin verilməsi üzrə onun mülkiyyət hüququnun məhdudlaşdırılması müdaxilənin həcmi baxımından “ədalətli balans” prinsipinə uyğundur. Çünki edilən müdaxilə qanunçuluğun tələblərinə cavab verir, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilir və bu konstitusiya hüququnun mahiyyətini dəyişmir. Odur ki, məhkəmənin gəldiyi nəticə cavabdehin mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin faktik sahiblik və istifadəsində olan torpaq sahəsindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə birdəfəlik dəyəri ödənilməklə ekspert rəyində göstərilən ölçüdə və qaydada zəruri keçid verilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış üzrə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən və iddiaçı X6 məxsus 0,04 ha torpaq sahəsinə Cavabdeh alqı-satqı müqaviləsi əsasında aldığı, faktik sahiblik və istifadəsində olan 0,07 ha torpaq sahəsindən sahəsi 67,34 (uzunluğu 9,10 metr eni 7,40 metr) kv.m. olmaqla zəruri keçid ayrılsın. Verilmiş zəruri keçidin əvəzi kimi kompensasiya olaraq 842 (səkkiz yüz qırx iki) manat pul iddiaçı X3 alınaraq Cavabdeh verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı X6 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-394/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-394/2023
06.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver