Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-449/2024 16.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yolun açılması və torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən zəbt olunmuş, ona məxsus Tovuz rayonu Kirən kəndində yerləşən 2698.18 kv.m torpaq sahəsinin 3 metr enində 77 metr uzunluğunda olan hissəsindən çıxarılması və 6 metr enində 77 metr uzunluğunda olan yolun açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun Tovuz rayonu Kirən kəndində 2698,18 kv.m torpaq sahəsi və üzərində yaşayış evi vardır. Onun torpaq sahəsinin üst tərəfindən 6 metr eni və 77 metr uzunluğunda olan yol keçir, həmin yol islahat dövründən də cox əvvələrdən Sovxoz vaxtından mövcuddur. Həmin yol onun daimi istifadəsində olmuşdur. Yoldan o topraq sahəsinə gedib gəlirmiş. Traktor və maşın onun sahəsinə keçmir. Cavabdeh həmin yolu və həmçinin onun mülkiyyətində olan torpaq sahəsinin 3 metr enində və 77 metr uzunluğunda olan hissəsini qanunsuz və əsassız olaraq zəbt etmişdir. O, yolun açılması və onun mülkiyyətində olan torpaq sahəsinin boşaldılması barədə cavabdehə və Kirən Bələdiyyəsinə müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********02-10301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Tovuz rayonu, Kirən kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh adınadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Tovuz Rayon Aqrar İslahat Komisiyyasının 18 noyabr 1998-ci il tarixli 26 nömrəli qərarı ilə Tovuz rayonu Kirən kənd sakini İddiaçı verilmiş 2968.18 kv.m torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Tovuz rayonu Kirən kəndində yerləşən 0.4497 ha torpaq sahəsinin sənəddə olan koordinatları və naturada ölçüləri müəyyən edilmiş, araşdırma zamanı məlum olmuşdur ki, elektron baza məlumatlarına əsasən İddiaçı verilmiş 2698.18 kv.m torpaq sahəsi ilə Cavabdeh mülkiyyətinə verilmiş 0.4497 ha torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur. İş materiallarında olan Məhkəmə Ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Tovuz Rayon Aqrar İslahat Komisiyyasının 18 noyabr 1998-ci il tarixli 26 nömrəli qərarı ilə Tovuz rayonu Kirən kənd sakini İddiaçı verilmiş 2968,18 kv.metr torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Tovuz rayonu Kirən kəndində yerləşən 0,4497 ha torpaq sahəsinin sənəddə olan koordinatları və naturada ölçüləri müəyyən edildi. Eelektron baza məlumatlarına əsasən İddiaçı verilmiş 2698,18 kv.metr torpaq sahəsi ilə Cavabdeh mülkiyyətinə verilmiş 0,4497 ha torpaq sahəsinin üst-üstə düşmə halı yoxdur. Məhkəmə qeyd edir ki, ilk növbədə hazırkı iş üzrə iddiaçının mübahisəli daşınmaz əmlaka dair tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcud olub-olmaması, iddiaçının mübahisəli torpaq sahəsinə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4) Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddia edilən torpaq sahəsi iddiaçıya hər hansı hüquqla məxsus deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “yolun açılması və torpaqdan çıxarılma” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-449/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-449/2024
16.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver