Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-45/2023 26.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «torpaqan çıxarılma tələbinə» dair mülki işə Tovuz şəhərində 26 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq torpaq mülkiyyət hüququna dair dövlət № AA006860, reyestr nömrəsi **********15 torpaq sahəsinin 1,03 ha hissəsindən 0,20 ha hissəsindən Cavabdeh tərəfindən boşaldılması və ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyesrindən çıxarış və seriya RX0076849, reyestr nömrəsi **********15 olan torpaq sahəsinin 1,03 ha hissəsinin 0,20 ha hissəsi zəbt edilmişdir. Dəfələrlə Cavabdeh xahiş etsə də, o torpaq sahəsini xoşluqla boşaltmaq istəməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh orlu izahatgnda güstərdi ki, ona və ailə ğzvlərinə X2 Qərarg ilə 0,80 ha torpaq sahəsi verilmiєdir. O 30 ilə yaxgndgr ki, həmin torpaq sahəsindən istifadə edir. O iddiazgngn iddia etdiyi torpaq sahəsini zəbt etməmiödir. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiє edir. Məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməməlidir. Belə ki, surəti işə əlavə olunmuş “Torpaq sahəsinin planı və ölçüsündən” görünür ki, Tovuz rayonu Aşağı Quşçu kənd ərazisində İddiaçı 1,03 ha torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş **********15 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, 1,03 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/2711 saylı rəyindən görünür ki, hər iki tərəfin mülkiyyətində olan torpaq sahələrinin koordinatları üst-üstə düşmür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı xüsusi mülkiyyətində 1,03 ha torpaq sahəsi, cavabdehin ailə üzvlərinin mülkiyyətində 0,80 ha torpaq sahəsi mövcuddur. İddiaçı iddia edir ki, cavabdehlər ona məxsus torpaq sahəsinin 0,20 ha hissəsini zəbt etmişdir. Bu hal məhkəmə ekspertiza tədqiqatı vasitəsilə müəyyən edilmiş və aydın olmuşdur ki, tərəflərin torpaq sahələrinin koordinatları üst-üstə düşmür. Bu da onu deməyə əsasə verir ki, cavabdehin torpaq sahəsi özünə məxsus məxsus koordinatlar daxilindədir. İddiaçı cavabdehə ayrılmış torpaq sahəsinin koordinatlarının əslində başqa yerdə olmasına dair sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq X3 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yer quruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında Daşınmaz Əmlakın dövlət reyestrində çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında Daşınmaz Əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etməsi hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn prinsipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh torpaq sahəsinin qanunsuz müdaxiləsinə yəni zəbt olunmasına son qoyulması tələbi qanunsuz və əsassız olduğundan təmin olunmamalıdır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş torpaq sahələrinin tikinti-texniki obyektlərin tədqiqinə dair ekspertiza xərci olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN ********** X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22 №-li hesabına keçirilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «torpaqan çıxarılma tələbi» qanunsuz və əsassız olduğundan təmin olunmasın. İş üzrə keçirilmiş torpaq sahələrinin tikinti-texniki obyektlərin tədqiqinə dair ekspertiza xərci olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN ********** X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22 №-li hesabına keçirilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-45/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-45/2023
26.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver