Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-461/2023 13.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, X1 Cavabdeh qarşı bələdiyyəyə məxsus torpaq sahəsində apardığı qanunsuz tikilinin sökülməsi, vətəndaşların su arxından sərbəst şəkildə həyətyanı torpaq sahələrinin suvarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: X1 Cavabdeh qarşı bələdiyyəyə məxsus torpaq sahəsində apardığı qanunsuz tikilinin sökülməsi, vətəndaşların su arxından sərbəst şəkildə həyətyanı torpaq sahələrinin suvarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); İddia ərizəsindən göründüyü kimi iddiaçı MPM-nin qeyd edilən forma və məzmununa riayət etməmiş, özünün və cavabdehlərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)ərizədə öz əksini tapmamışdır. Bundan başqa da göründüyü kimi iddiaçı bələdiyyənin adından deyil, öz adından məüraciət etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 151.1, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİM: X1 Cavabdeh qarşı bələdiyyəyə məxsus torpaq sahəsində apardığı qanunsuz tikilinin sökülməsi, vətəndaşların su arxından sərbəst şəkildə həyətyanı torpaq sahələrinin suvarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov AZƏRBAYCAN RESPUBLİKASİ TOVUZ RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________________ ____ AZ 6000, Tovuz şəhəri, A.Qasımov küçəsi 17 Tel: (0231) 5-00-20, 5-00-30 İş № 2(062)-721/2023 06 fevral 2023-cü il X2 Tovuz rayonu X5 kəndi Tovuz Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(062)-721/2023 nömrəli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad-01 və ona əlavə edilmiş sənədlər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-461/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-461/2023
13.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver