Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-467/2024 17.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi qohumluq faktının müəyyən olunmasına dair mülki işə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə qohumluq faktının müəyyən olunmasına dair iddia qaldıraraq xx.xx.1997-ci ildə vəfat etmiş X1 anası olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, Ərizəçi 28 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi qohumluq faktının müəyyən olunmasına dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ərizəçi 28 dekabr 2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də hazırki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi qohumluq faktının müəyyən olunmasına dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin vərəsələrinə qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-467/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-467/2024
17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver