Məhkəmə qərarları › İş №2(062)-487/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-487/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-487/2025 18.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədrliyi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərzəçi Ərizəçi iştirakı ilə, Ərzəçi Ərizəçi «doğumun qeydə alma faktının müəyyən olunması» barədə ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərzəçi Ərizəçi Maraqlı şəxs cəlb edərək «doğumun qeydə alma faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək babası X1 1930-cu ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olma faktının müəyyən olunmasına bibisinə doğum haqqında şəhadətnamə verilərkən ata adının X2, ana adının X4 qeyd olunmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçiı məhkəməyə ərizə verərək bildirmişdir ki, hazırkı işin baxılmasını istəmir.. Ona görə də, iddia ərizəsinin baxılmamış saxlanılmas barədə qərar qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərzəçi Ərizəçi «doğumun qeydə alma faktının müəyyən olunması» barədə ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar