Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-5/2023 17.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ HakimHünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı nüməyəndəsi X7, Cavabdehlər X5 və X6 iştirakları ilə, İddiaçı cavabdehlər X8 və X9 qarşı «qeyri-qanuni tikilmiş evin sökülməsinə və torpağın geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpağın geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan torpaqda tikilən qeyri-qanuni evin sökülməsinə və torpağın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəməyə əsl olmayan tərəfin əsl tərəflə əvəz edilməsinə dair ərizə verərək tələbini X8 və X9 yönəltmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Yuxarı Öysüzlü kənd ərazisində 0,10 ha torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilərək ev tikdirmişdir. Həmin torpağın onun mülkiyyətində olmasını təsdiqləyən Tovuz rayonu Yuxarı Öysüzlü kənd bələdiyyəsinin torpağın alqı-satqısına dair akt və şəhadətnamə verilmişdir. Odur ki, Cavabdeh onun hüquqlarını kobud şəkildə pozaraq ona aid torpaq sahəsində qanunsuz tikinti aparmışdır. İddiaçının nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X12 və X13 ayrı-ayrılıqda məhkəməyə torpaq sahəsinin alıq-satqısına dair müqaviləni və torpağa mülkiyyət hüququna dair çıxarışı təqdim edərək mübahisələndirilən torpaq sahəsinin onlara aid olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2013-cü il tarixli qərardadından görünür ki, Tovuz Rayon Məhkəməsinin 18 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı torpaqdan çıxarılma tələbinə dair iddiası təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2013-cü il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 18 oktyabr 2012-ci il tarixli qətnaməsi iddiaçının iddiadan imtina etməsi qəbul edilərək ləğv edilmişdir. Tovuz rayonu Yuxarı Öysüzlü bələdiyyəsinin 07 iyun 2005-ci il tarixli 11 saylı qərarından Çıxarışdan görünür ki, İddiaçı bələdiyyənin perspektiv inkişaf üçün ayrılmış yerdən 0,10 ha həyətyanı məqsədilə torpaq sahəsinin satılması və ev tikdirməyə icazə verilməsi qərara alınmışdır. 10 iyun 2005-ci il tarixli aktdan görünür ki, Yuxarı Öysüzlü bələdiyyəsinin sədri X3 İranə Qəməd qızının iştirakı ilə akt tərtib edərək, Tovuz rayonu Yuxarı Öysüzlü bələdiyyəsi sədrinin 07 iyun 2005-ci il tarixli 11 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi ölçülüb verilmişdir. Torpağın alqı-satqısına dair aktdan görünür ki, İddiaçı tərəfindən bələdiyyə hesabına 437.000 manat haqq ödənilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli rəyindən görünür ki, X5 adına qeydiyyata alınmış torpaq sahəsi bütövlükdə (0.03) ha və **********55 reyestr nömrəli çıxarışla X6 adına dövlət qediyyatına alınmış torpaq sahəsinin 662 kv.m hissəsi İddiaçı iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı iddia etdiyi ərazidə yarımçıq tikili mövcuddür və ölçüləri sxemdə göstərilmişdir. Tikilinin kim tərəfindən inşa edilməsini müəyyənləşdirmək səlahiyyətləri xaricindədir. AN-1№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 Rayonu Yuxarı Öysüzlü kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsini X2. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki Tovuz Rayonu Yuxarı Öysüzlü kəndinin ərazisindəki 0,03 ha torpaq sahəsi X5 adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı bələdiyyənin perspektiv inkişaf üçün ayrılmış yerdən 0,10 ha həyətyanı məqsədilə torpaq sahəsinin satılması və ev tikdirməyə icazə verilməsi qərara alınmış, Yuxarı Öysüzlü bələdiyyəsinin sədri X3 İranə Qəməd qızının iştirakı ilə akt tərtib edərək, Tovuz rayonu Yuxarı Öysüzlü bələdiyyəsi sədrinin 07 iyun 2005-ci il tarixli 11 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi ölçülüb verilmiş, İddiaçı tərəfindən bələdiyyə hesabına 437.000 manat haqq ödənilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinin 0,03 ha hissəsi X5 adına mülkiyyət hüquqları üzrə qeydə alınmış, 662 kv.m hissəsinin isə mülkiyyətçisi X11 olsa da həmin hissə X1. İddiaçı tərəfindən istər qeyd edilən alqı-satqı müqaviləsi, istərsə də X5 adına verilmiş Çıxarış mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İşin hallarından göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsi digər şəxslərin mülkiyyətindədir və iddiaçının bələdiyyənin torpaq sahəsinin satılmasına dair qərarına istinad edərək irəli sürdüyü tələb əsassızdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Belə olduğu təqdirdə, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı «torpağın geri qaytarılması və tikilinin sökülməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X8 və X9 qarşı «qeyri-qanuni tikilmiş evin sökülməsi və torpağın geri qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-5/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-5/2023
17.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver