Məhkəmə qərarları › İş №2(062)-5/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-5/2025

23.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-5/2025 23.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, qanunsuz müdaxiləyə son qoyulması və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 23 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq mülkiyyətində olan Tovuz rayon Qandallar kəndində yerləşən 0,234 ha torpaq sahəsindən cavabdehin çıxarılması, qanunsuz müdaxiləyə son qoyulması və 1000 manat məbləğində vurulmuş ziyanın və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli çıxarışla onun adına Tovuz rayonu Qandallar kəndində 0,234 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə cavabdeh qanunsuz olaraq ora daxil olmuş, orada kartof əkmiş, sonradan iddianın təmini tədbirindən sonra çıxmışdır. Hazırda həmin torpaq sahəsi nə onun özü, nə də cavabdeh tərəfindən istifadə olunmur. Odur ki, Tovuz rayonu Qandallar kəndində yerləşən, **********64 reyestr nömrəli çıxarışla onun adına daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli kitabın 54 nömrəli vərəqində qeydiyyata alınmış 0,234 ha torpaq sahəsindən cavabdehin çıxarılması, qanunsuz müdaxiləyə son qoyulması və 1000 manat məbləğində vurulmuş ziyanın və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, Tovuz rayonu Qandallar kəndində yerləşən 0,234 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş reyestr nömrəsi **********64 olan Çıxarışa əsasən, Tovuz rayonu Qandallar kəndində yerləşən 0,234 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iddiaçı həmin torpaq sahəsindən istifadə edə bilmir və istifadə edə bilməməsinə səbəb isə cavabdehin qeyri qanuni hərəkətləridir. Cavabdeh həmin sahədən əvvəllər istifadə etmiş, sonradan istifadə etməsə də, iddiaçının istifadəsinə maneə yaradır. İddiaçının tələb etdiyi 1000 manat məbləğində vurulmuş ziyan sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutları tam və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdeh çıxarılmalı, qanunsuz müdaxiləyə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddia tələbinin tövsifedici əsas hüquq norması Mülki Məcəllənin 157.4-cü maddəsidir. Həmin normada təsbit edilmişdir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətinə verilmiş reyestr nömrəsi **********64 olan çıxarışda qeyd olunan torpaq sahəsindən Cavabdeh çıxarılmalı, qanunsuz müdaxiləyə son qoyulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Tovuz rayon Qandallar kəndində yerləşən 0,234 ha torpaq sahəsindən çıxarılsın. Cavabdeh tərəfindən həmin torpaq sahəsindən iddiaçının istifadəsinə olunan qanunsuz müdaxiləyə son qoyulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar