Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-51/2025 23.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Məsimov Fərid Eldar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı mənzildən istifadə edilməsinə yaradılan manelərin aradan qaldırılması və mənzilin pəncərəsinin qarşısının hər hansı əşyalarla tutulmasının qarşısının alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətində olan Tovuz şəhərində Semzavod küşəsi ev 7, 5 mənzildən istifadə etməyinə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması və mənzilin pəncərəsinin qarşısını hər hansı bir əşyalarla tutulmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumayt verilməsinə baxmayaraq tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Lakin idiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə göndərərək səhhətində olan problemlə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də o məhkəmə iclasında üzürlü səbəblərdən iştirak etməməsinə dair sübutlarını ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən, habelə, işin başqa vaxta keçirilməsi barədə məhkəməyə vəsatət vermədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264cü maddələrini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1 qarşı mənzildən istifadə edilməsinə yaradılan manelərin aradan qaldırılması və mənzilin pəncərəsinin qarşısının hər hansı əşyalarla tutulmasının qarşısının alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-51/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-51/2025
23.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver