Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-564/2025 02.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1974-cü il tarixdə anadan olmuş X5 xx.xx.1975-ci il tarixdə Tovuz şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X15 atası, X7 anasıdır. Onların birgə nikahlarından xx.xx.1973-cü il tarixdə Aynur, xx.xx.1974-cü il tarixdə Turə, xx.xx.1970-ci il tarixdi İlhamə, xx.xx.1978-ci il tarixdə o (Ətrabə) anadan olmuşdur. X2 xx.xx.2022-ci il tarixdə, anası X7 isə xx.xx.2020-ci il tarixdə vəfat edib. xx.xx.1974-cü il tarixdə anadan olmuş bacısı Turə 10 mart 1975-ci il tarixdə vəfat edib və Tovuz şəhər qəbirstanlığına dəfn olunub. Atasından və anasından Tovuz şəhərində miras mülk qalmışdır. Həmin mülkü vərəsəlik qaydasında adına sənədləşdirmək istədikdə vərəsələrin doğum haqqında şəhadəmaməsi lazım olmuşdur. Bacısı Turənin ölüm kağızını almaq üçün maraqlı şəxsə müraciət etmiş, Maraqlı şəxsndə bacısı haqqında ölüm akt qeydi kitabında onun ölümü barəsində qeydiyyat aparılmamışdır. Bacım Turə barəsində yenidən ölüm kağızının verilməsi üçün müvafiq sənədlərin toplanması qeyri mümkündür. Ona görə də, bu fakt məhkəmə qaydasında təsdiq olunmalıdır. Bacısının ölüm kağızı ata və anasından miras qalmış mülkü vərəsəlik qaydasında adına sənədləşdirmək üçün lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, bacısı 1974-cü ildə doğulmuş, doğumu qanuna müvafiq qaydada qeydə alınmışdır. Doğulduqdan 6 ay sonra vəfat etmişdir. Lazımi sənədləşdirmə işləri aparılarkən ayrı-ayrı dövlət orqanlarının elektron sistemində bacısı sağ göründüyündən o lazımi sənədləşmə işlərini apra bilmir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs verdiyi xx.xx.2024-cü il tarixli nikah haqqından arayışından görünür ki, X6 ilə X8 xx.xx.2002-ci il tarixdə nikah baglanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamənin arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X1 X2, anası X3r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamənin arayışından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X5 X2, anası X3r. İş materiallarında olan Tovuz rayon İcra Hakimiyyəti başçısının Koxa Nəbi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 48 nömrəli arayışından görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə anadan olmaqla Koxa Nəbi kənd sakinidir. Ailə tərkibi: qızı-X12 (xx.xx.2001), qızı-X11 (xx.xx.2002), oğlu-X16 (xx.xx.2008). İş materiallarında olan Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 2719 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1974-cü il tarixdə anadan olmuş mərhum X13 barəsində ondan ötəri ki, o həqiqətən xx.xx.1975-ci il tarixdə vəfat etmişdir və Tovuz şəhəri, Tatdar qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Döpvlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin verdiyi xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Tovuz şəhəri, Məmməd Zeynalov küçəsində yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə X9 adınadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Turə 1974-cü ildə anadan olmuş, 8 aylıq olarkən rəhmətə getmişdir. O, Tovuz rayonu Tatlar qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1974-cü il tarixdə anadan olmuş X5 xx.xx.1975-ci il tarixdə Tovuz şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum bacısı xx.xx.1974-cü il təvəllüdlü X10 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1974-cü il təvəllüdlü X5 xx.xx.1975-ci il tarixdə Tovuz şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPMin 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü ildə doğulmuş X5 xx.xx.1975-ci il tarixdə Tovuz şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-564/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-564/2025
02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver