Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-58/2024 17.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Abulbəyli kəndində yerləşən dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə adına qeydiyyata alınmış icarəsində olan torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 3M-308 nömrəli xx.xx.2022-ci il tarixli torpağın alqı-satqı müqaviləsinə əsasən X1 ilə onun arasında icarə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə notarial qaydada tərtib olunmuş və torpaq sahəsinin sərhədləri mütəxəssislər və satıcı tərəfindən ona yerində göstərilmişdir. Torpaq sahəsinin sərhədlərini dəmir məftil torlarla hasara almışdır. Torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən özbaşına tutiduğundan həmin torpaq sahəsindən təyinatına görə istifadə edə bilmir. Mübahisə olunan torpaq sahəsi Tovuz rayonu Abulbəyli bələdiyyəsinin mülkiyyətində olmaqla 17 dekabr 2067-ci ilədək onun icarəsindədir. Torpaq sahəsindən təyinatına görə istifadə edir və müqaviləyə üyğun icarə haqqını vaxtlı-vaxtında ödəyir. Cavabdeh həmin torpaq sahəsini tutduqda o, həmin torpaq sahəsinin onun icarəsinə verildiyini ona bildirmişdir. Cavabdeh bildirdi ki, taxıl zəmisini biçdirdikdən sonra tutduğu torpaq sahəsini ona təhvil verəcək. Cavabdeh ona vəd versə də, könüllü olaraq icarəsində olan torpaq sahəsindən çıxmır. Hətta kadastr idarəsinin mütəxəssisləri tərəfindən yerində baxış keçrilmiş və müəyyən olunmuşdur ki, icarəyə verilən torpaq sahəsinin 2 ha hissəsi cavabdehlər tərəfindən tutulmuşdur. Cavabdeh onun icarəsində olan torpaq sahəsinə bitişik torpaqdan istifadə etməklə icarəsində olan torpağın bir hissəsini öz torpağına birləşdirmişdir. İcarəsinə verilən 6.1308 ha torpaq sahəsi dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə dövlət reyestrində adına qeydiyyata alınmışdır. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını və onun nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi elektron baza məlumatlarına əsasən **********99 reyestr nömrəsi ilə Abulbəyli bələdiyyəsinin mülkiyyətində olan və İddiaçı icarəsinə verilmiş 6.1308 ha torpaq sahəsinin 1.10 ha hissəsi ilə üst-üstə düşür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi elektron baza məlumatlarına əsasən **********99 reyestr nömrəsi ilə Abulbəyli bələdiyyəsinin mülkiyyətində olan və İddiaçı icarəsinə verilmiş 6.1308 ha torpaq sahəsinin 1.10 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. İşdə olan xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Tovuz rayon Abulbəyli bələdiyyəsinin mülkiyyətində olan 6,1308 ha torpaq sahəsi 17 dekabr 2067-ci ilədək İddiaçı icarəyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 712.1-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; 712.1.2. birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 48-ci maddəsinin 1-ci bındinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsi:
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə bağlanılmış icarə müqaviləsinə xitam verilməyərək, hazırda da qüvvədədir. Onun icarə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr vardır ki, bu hal iş üzrə aparılmış ekspertiza tədqiqatı ilə öz təsdiqini tapmışdır. Yəni, müəyyən edilmişdir ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi elektron baza məlumatlarına əsasən **********99 reyestr nömrəsi ilə Abulbəyli bələdiyyəsinin mülkiyyətində olan və İddiaçı icarəsinə verilmiş 6.1308 ha torpaq sahəsinin 1.10 ha hissəsi ilə üst-üstə düşür. Ona görə də cavabdeh iddiaçıya icarə hüququ əsasında məxsus olan torpaq sahəsinin 1.10 ha hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli, ödənilmiş 100 manat məbləğində pul isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Tovuz rayonu Abulbəyli kəndində yerləşən 6.1308 ha torpaq sahəsinin 1.10 ha hissəsindən Cavabdeh çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə, ödənilmiş 100 manat məbləğində pul isə Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Zaur Hünmətov