Məhkəmə qərarları › İş №2(062)-601/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-601/2024

01.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-601/2024 01.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Düz qırıqlı kəndində 0.187 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1999-cu il tarixdə Cavabdeh1 ilə anası Bayramova (Rzayeva) Arzu Şəmistan qızının rəsmi evliliyindən anadan olmuşdur. Sonradan atası Aydınla anası Arzunun evlilikləri baş tutmadığından 2013-cü ildə məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Sonradan atası Aydın başqa şəxslə ailə həyatı qurmuş və hazırda 2 övladı var. O, nənəsi Sürahə Bayramovaya məxsus Tovuz rayonu, Düz Qırıqlı kəndində 0.187 ha paylı torpaq sahəsində yerləşən fərdi yaşyış evində doğulmuş və həmin evdə böyümüşdür. Həmçinin Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən məktəbdə oxumuş, valideyinləri ayrıldıqdan sonra da, həmin evə gedib-gəlmiş və bir müddət orda qalmışdır. Lakin son dövrdə yəni, 2023-cü ildə həbi xidmətdən təxris olunduqdan sonra hazırki iş üzrə cavabdehlər onu evdə yaşmağa qoymamışlar. O, heç bir yerdə işləmir, başqa yerdən gəliri və ya qazancı, adına ev yoxdur. Məcbur olub doğulub, böyüdüyü və qeydiyyatda olduğu nənəsi Sürahə Bayramovaya məxsus evdə deyil, müvvəqəti olaraq dayısı Natiqə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bundan başqa hazırda ona və anası Arzu Rzayevaya məxsus əşyalar Sürahə Bayramoya məxsus fərdi yaşayış evindədir. X8 adına ev yoxdur və hazırda Rusiya Federasiyasında yaşayır. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 adına əmlak olub olmaması məlumat verilməsi barədə xx.xx.2023-cü il tarixli 155 saylı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, Cavabdeh2 fərdi yaşayış evi tam, torpaq sahəsi 0.187 ha paylı olmaqla adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixində Tovuz rayonu, Düz Qırıqlı kəndincə fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2003-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı valideyinləri Cavabdeh1 ilə X2r. İş materiallarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Tovuz rayonu, Düz qırıqlı kəndində xx.xx.2016-cı ildən qeydiyyatdadır. Hazırkı iş üzrə iddiaçı mübahisəli evə köçürülməsini xahiş etmişdir. Lakin cavabdehlərin tələbin yönəlməli şəxs olduğunu təsdiqləyən, yəni cavabdehin mülkiyyətçi və ya mülkiyyətçi ilə qohumluq münasibətlərini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. İddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnun yaranıbyaranmamasını müəyyən etmək üçün hazırkı işin 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). Mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü və ya özünün saxlanılmasını tələb etmək hüququna malik digər qohum olmasını, beləliklə istifadə hüququnun yaranmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnun yaranması təsdiq olunmadığından evə köçürülmə tələbi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar