Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-61/2023 23.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi X6, Maraqlı şəxs X4, iştirakı ilə Ərizəçi X6 «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X1 rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X11 tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhərində bir diri qız uşağının doğulması faktının müəyyən edilməsi və veriləcək doğum haqqında şəhadətnamədə ana qrafasında X11, ananın milliyyəti olaraq “Azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X11 ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə vətandaş nikahı ilə ailə qurmuşlar. Onun ünvan 1 ünvanda xx.xx.2019-cu il tarixdə qızı dünyaya gəlmişdir. Doğum evdə baş verdiyindən uşaq barəsində doğum haqqında tibbi şəhadətnamənin alınması mümkün olmamışdır. Hal-hazırda uşaq sağlam və həyatdadır. Bu barədə 21 saylı Birləşmiş şəhər xəstəxanasının verdiyi tibbi arayışı iddia ərizəsinə əlavə edir. Doğum haqqında şəhadətnamənin verilməsi üçün Sabunçu Rayon Qediyyat Şöbəsinə müraciət etsə də, şöbə doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəsisəsinin sənədi olmadığı təqdirdə doğum faktının müəyyən edilməsi məsələsinin yalnız məhkəmədə mümkün olduğunu bildirmişdir. Ərizəçi X11 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X7 izahatında göstərdi ki, 25 fevral 2019-cu ildə evdə Zəminənin doğduğu Dinarə adlı uşaq onun uşağıdır. Hazırda da onlar biryerdə yaşayırlar.Onun atalığının müəyyən edilməsinə etiraz etmir. Maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Sabunçu rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o Zəminənin anasıdır. 2019-cu ildə X2 ilə evlənmiş, lakin Zəminənin nikah yaşı tamam olmadığına görə onlar nikahlarını rəsmiləşdirə bilməmişlər. Zəminənin ağrıları başlayandan sonra onlar təcili tibbi yardıma zəng etmiş, ancaq təcili tibbi yardım gələnədək doğuş evdə baş tutmuşdur. Həmin vaxtı orada o özü, qaynanası və qonşusu olmuşdur. Uşaq 2019-cu ildə doğulmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17 667/2022-MTBS SAYLİ Ekspert rəyindən görünür ki, X6 qrup göstəriciləri O alfa deta (1), Rh D/+/ Ağız suyunun tədqiqinə görə ifraz edilən kateqoriyasına aiddir. Güman olunan ata X5 qrup göstəriciləri A(11), Rh D /+// Ağız suyunun tədqiqinə görə ifraz etməyənlər kateqoriyasına aiddir. Uşağın qrup A beta (İİ) Rh D /+/ Ağız suyunun tədqiqinə görə ifraz edənlər kateqoriyasına aiddir. Yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən X8 və X11 təqdim olunmuş uşağın valideynləri ola bilər. Belə olan halda X11 ekspertizaya təqdim olunmuş uşağın anası olması faktı inkar olunmadı. İş materiallarında olan və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X7 uşağın atalığının müəyyən edilməsinə etiuraz etmir. İş materiallarında olan 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının verdiyi arayışdan müəyyən edilir ki, X6 uşağı doğulmuş və 28 fevral 2019-cu ildən sağlam uşaq olmaqla poliklinikada qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Sözügedən Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı X6 25 fevral 2019-cu ildə Bakı şəhərində bir qız uşağını doğması müəyyən edildiyindən ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, X11 tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhərində bir qız uşağının doğulması faktı müəyyən olunmalı və veriləcək doğum haqqında şəhadətnamənin ana qrafasında X11, uşağın cinsi “qadın”, ananın milliyəti “Azərbaycanlı” kimi qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X11 tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhərində bir qız uşağının doğulması faktı müəyyən olunsun. Veriləcək doğum haqqında şəhadətnamənin ana qrafasında X11, uşağın cinsi “qadın”, ananın milliyəti “Azərbaycanlı” kimi qeyd edilsin. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-61/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-61/2023
23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver