Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-617/2024 24.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Qardaşyan oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «ləyaqətsiz vərəsə hesab edilmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx xxxx 1971-ci ildə mərhum atası X4 ilə anası X5 birgə rəsmi nikahlarından anadan olmuşdur. Mərhum atası X4 14 iyul 2014-cü il tarixdə Bakı şəhərində və mərhumə anası X8 isə 08 fevral 2016-cı il tarixdə vəfat etmişlər. Mərhum atası X4 21 mart 1936-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. ünvan 3n mənzil DƏDRX tərəfindən verilmiş 28 fevral 2006-cı il tarixli Qeydiyyat vəsiqəsinə əsasən mərhum atası X2 adına (kitab 239, səhifə 16044, qeydə alma 30/3134) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hazırda da mülkiyyətindədir. Mərhum atası X4 ilə mərhum anası X5 birgə rəsmi nikahlarından ondan əlavə bir oğul övladları xx.xx.1966-cı il təvəllüdlü X12 dünyaya gəlmişdir. Mərhum atası X4 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzili xx.xx.2013-cü il tarixli “fərdi Evin bağışlama müqaviləsinə” əsasən oğlu X9 bağışlamışdır. Qardaşı X1 Fatimə Gümüş qızı ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından iki övladları xx xxxx 1995-ci il təvəllüdlü Cavabdeh və 26 oktyabr 1996-cı il təvəllüdlü X13 anadan olmuşdur. X3 ilə X16 arasında bağlanmış nikah 30 aprel 2002-ci il tarixdə Bakı şəhəri “Səadət sarayında pozulmuşdur. Həmin vaxtdan qardaşının keçmiş arvadı X16 iki övladını da götürüb çıxıb getmiş və onlarda olan məlumata görə onlar həmin vaxtdan xariciə köçüb orada yaşamağa başlamışdır. X12 ağır xəstə olmuş və o xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Mərhum qardaşı vəfat edənədək ona o qulluq etmiş, onun bütün müayinə və müalicə pullarını o ödəmişdir. Vəfat etdikdə isə onun bütün dəfn xərcləri onun tərəfindən ödənilmişdir. Hazırda mərhum X3ndan miras qalmış ünvan 4 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət etmişdir. Lakin oradan ona mərhum miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etdikləri üçün ona həmin miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Halbuki, mərhum X3nun övladı bu neçə illər ərzində atası ilə maraqlanmamış, hətta vəfat etdikdə belə onun dəfnində iştirak etmədiyi halda belə hansı əsasla miras əmlakdan pay almaq istəyir ona aydın deyildir. Ona görə də, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh iddiaçının qardaşı qızıdır. Körpə olduqları vaxtdan atası və anası biri-birindən ayrı yaşayıblar. Onlar xaricdə yaşayıblar. Sonra ataları ilə ümumiyyətlə əlaqə saxlamayıblar. Sonradan atası ağır xəstə olub və üzün müddət xəstəxanada olubdur. Həmin vaxt uşaqları bir dəfə də olsun atası ilə maraqlanmayıb və baş çəkməyiblər. Hətta ataları ölüm ayağında olan zaman onlarla əlaqə saxlayıb ki, gəlsinlər onları görsün, lakin onlar gəlməyiblər. O rəhmətə gedəndə nə dəfnində, nə yeddisində, nə də qırx mərasimində iştirak etməyiblər. Sonradan əmlaka görə, hər hansısa vətəndaşla müqavilə bağlayıblar. Uşaqlardan oğlunu Ağahüseyni heç tapa bilməyiblər, qızı isə ailə qurduğu üçün Azərbaycana gəlib-gediblər. Azərbaycana gəlib-gedən vaxtlarında da atası ilə əlaqə saxlamamışdır. Mərhumun bütün dəfn xərclərini mərhumun bacısı edibdir. Hesab edir ki, onlar xaricdən məhz evi ələ keçirmək niyyəti ilə gəlmişlər. Mərhumun bütün dərmanlarını bacısı alıb, o onu dəfn edib. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 Qardaşyan oğlu bildirdi ki, iddia tam qanunsuz və əsassızdır. Mülki Məcəllənin tələbinə tam ziddir. Belə ki, ailə münasibətləri pozulandan sonra Azərin arvadı uşaqları götürüb Almaniyaya gedib. Almaniyada olan müddətdə mütəmadi olaraq Aygün və keçmiş həyat yoldaşı Azərə pul göndəriblər. Həmin bu müddət ərzində X12 ilə iddiaçı arasında söhbət olbu ki, o ona baxsın, oda evi onun adına keçirsin. X12 da razılaşmamış və demişdir ki, o həmin evi qızı və oğluna verəcəkdir. Ona görə də, iddiaçı ilə mərhum X12 arasında münasibərlər pozulmuşdur. Hətta Aygün atasının dəfninə də gəlmək istəyib, buna baxmayaraq o hamilə olduğundan həkimlər təyyarəyə minməyi məsləhət görməyiblər. X22 nişan edəndən sonra qayıdıb gəlib Azərbaycanda toy ediblər. Bu müddət ərzində gəlib atasına xidmət göstərmiş, atasının müalicəsinə kömək etmişdir. Əgər uşaqlar doğrudan da ləyaqətsiz vərəsə olsaydı mərhum Azər özü sağlığında belə bir iddia ilə məhkəməyə müraciət edərdi. Azər öləndən 6-7 gün sonra qonşular görüb ki, Azər görünmür, onlar qapını sındırıb açıb görüblər ki, evi su basıb, Azər mətbəxdə yıxılıb qalıb və meyidi yarasız vəziyyətə düşüb. Eyni zamanda İddiaçı həmin evdən ata payı kimi pay istəyirdisə onda o xx.xx.2013-cü ildə vərəsəliklə bağlı müraciət edə bilrədi. İddia tam qanunsuzdur və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 iləm X16 arasında oloan nikah pozulmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi iddianın predmeti iddiaçının qardaşı qızı olmuş Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsindən ibarətdir. İddiaçı ona görə Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsini istəyir ki, qardaşı ilə X16 arasında bağlanmış nikah 30 aprel 2002-ci il tarixdə Bakı şəhəri “Səadət sarayında pozulduqdan sonra X16 iki övladını da götürüb çıxıb getmiş və onlarda olan məlumata görə onlar həmin vaxtdan xaricə köçüb orada yaşamağa başlamışlar. X12 ağır xəstə olmuş və o xx.xx.2023cü ildə Bakı şəhərində vəfat etmişdir. Mərhum qardaşı vəfat edənədək ona o qulluq etmiş, onun bütün müayinə və müalicə pullarını o ödəmişdir. Vəfat etdikdə isə onun bütün dəfn xərcləri onun tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh ləyaqətsiz vərəsə hesab edildiyi halda iddiaçının hansı əmlak hüquqları əldə etməsini müəyyən etmək üçün iddia tələbinə hüquqi qiymətin verilməsi zəruridir. Göründüyü kimi iddiaçının istinad etdiyi hallardan və irəli sürdüyü dəlillərdən biri ondan ibarətdir ki, qardaşı ilə X16 arasında bağlanmış nikah 30 aprel 2002-ci il tarixdə Bakı şəhəri “Səadət sarayında pozulduqdan sonra X16 iki övladını da götürüb çıxıb getmiş və onlarda olan məlumata görə onlar həmin vaxtdan xaricə köçüb orada yaşamağa başlamışdır. Məhkəmə bu dəlillə bağlı onu qeyd edir ki, əvvəla İddiaçı Mülki Məcəllənin 1159.2ci maddəsinə əsasən ikinci növbədə olan vərəsələr olmaqla birinci növbə vərəsələrin, yəni İsgəndərova Aygünün birinci növbə vərəsə kimi mirası necə qəbul edib-etməməsini mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Yəni həmin hala istinadə edilərək onun ləyaqətsiz vərəsə adlandırılması əsassızdır. Mülki Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Bir sözlə məhkəımə onu qeyd edir ki, miras açıldığı andan vərəsənin mülkiyyətində olduğundan vərəsələrin harada yaşaması əhəmiyyət kəsb etmir. Məhkəmə iddiaçının irəli sürdüyü digər dəlilə, qardaşı vəfat edənədək ona qulluq etməsi, onun bütün müayinə və müalicə pullarının ödənilməsi, vəfat etdikdə isə onun bütün dəfn xərclərinin onun tərəfindən ödənilməsinə münasibətdə onu qeyd edir ki, əvvəla iddiaçı müalicə və müayinənin onun tərəfindən aparılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Təqdim edilsə də belə hər bir bacının qardaşına qulluq etməsi və onun dəfnini həyata keçirməsi yaxın qohumluq münasibətindən irəli gələn haldır və gözləniləndir. Məhkəmə qeyd edir ki, əgər iddiaçının qızı göstəridilyi kimi vərəsə olmağa layiq olmayan biri olsa idi o zaman iddiaçının sağlığında vəsiyyətnamə tərtib edərək qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilərdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinin tələblərinə görə o vərəsə ləyaqətsiz vərəsədir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olsun. Göründüyü kimi iddiaçı özü iddia edir ki, Aygün İsgəndərova ilə Azər İsgəndərovun hər hansı əlaqəsi olmamışdır. O zaman Azərbaycan Respublikasından kənarda yaşayan X17 İsgəndərovun son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi də mümkün görünməməıklə bu kimi hallara dair iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir.Yəni, iddiaçı Mülki Məcəllənin 1137-ci maddəsində göstərilmiş hallara dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. İşdən göründüyü kimi mərhum Azər İsgəndərovun digər birinci növbə vərəsəsi də vardır ki, Aygün İsgəndərova ləyaqətsiz vərəsə hesab edilsə də belə İddiaçı ikinci növbə vərəsə olduğundan yenə də onun hər hansı əmlak hüquqları əldə etməsi mümkün görünmür. Yəni, X10 mərhum Azər İsgəndərovun oğlu olmaqla birinci növbə vərəsədir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-617/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-617/2024
24.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver