Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-62/2023 05.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən evin ümumi sahəsi 0,08 ha həyətyanı torpaq sahəsinin 200 kv.metr hissəsindən Cavabdeh çıxarılmasına və həmin torpaq sahəsində tikdirdiyi qanunsuz tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı göstərdi ki, Tovuz rayon Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,08 ha həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsi müfvafiq qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınşmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarını Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestriində qeydə alınmış, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq o qanunsuz hərəkətlərini davam etdirir və onun torpaq sahəsindən çıxmır. Ona görə də mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən evin ümumi sahəsi 0,08 ha həyətyanı torpaq sahəsinin 200 kv. metr hissəsindən Cavabdeh çıxarılmasına və həmin torpaq sahəsində tikdirdiyi qanunsuz tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, çıxarışda koordinatlar düzgün göstərilməmişdir. Ona görə də, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan sənədlərlə və aparılmış məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrinin xx.xx.2014-cu il tarixli, seriya RX ******* saylı çıxarışından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,08 ha torpaq sahəsi vardır. Cavabdeh ona məxsus xüsusi mülkiyyətində olan torpaq sahəsinin 200 kv.metr hissəsindənm hər hansı hüquqi əsas olmadan istifadə edir. qanunsuz olaraq zəbt edib, orada tikikli inşa etmişdirlər. Cavabdeh isə iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsini bildirərək iddia tələbinə etiraz etmişdir. Mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurət yarandığından məhkəmə tikintitexniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekpert(03 avqust 2023-cü il tarixli) və mütəxəssis rəyinə əsasən cavabdehin istifadəsi kimi təqdim edilən tikilinin 28 kv.m-ə qədər hissəsinin RX ******* saylı çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Eyni zamanda ekspertin 06 aprel 2020-ci il tarixli rəyi ilə isə çıxarışda göstərilən torpaq sahəsinin 158 kv. metr hissəsinin cavabdehin istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən faktiki olaraq istifadə edir. Cavabdeh torpaq sahəsindən istifadənin qanuni olmasını Tovuz rayon X2 26 iyul 2004-cü il tarixli 05 nömrəli qərarı ilə əldə edilməsinə istinad etmişdir. Tovuz rayon X2 26 iyul 2004-cü il tarixli 05 nömrəli qərarının olması cavabdehin hələ həmin torpaq sahəsinin mülkiyyətçisi olması demək deyildir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi cavabdehin iddia etdiyi torpaq sahəsi cavabdehin özünün deyil, iddiaçının adına dövlət qeydiyyatına alınmış və reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağıandır. Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,08 ha torpaq sahəsindən Cavabdeh tərəfindən istifadə edilməsi qanunsuz hesab edilməlidir. Mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətidir. İddiaçı adına qeydə alınmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,08 ha torpaq sahəsinin158 kv.m hissəsi Cavabdeh zəbtindən azad edilərək iddiaçıya qaytarılmalı, tikilinin isə 28.kv.metr hissəsi sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş torpaq sahələrinin tikinti-texniki obyektlərin tədqiqinə dair ekspertiza xərci olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN ********** X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22 №-li hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqları Dövlət Qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrinin xx.xx.2014-cu il tarixli, seriya RX ******* saylı çıxarışı ilə İddiaçı adına qeydə alınmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,08 ha torpaq sahəsinin 158 kv.m hissəsindən və tikilinin 28 kv.m hissəsindən Cavabdeh çıxarılsın. Həmin torpaq sahəsində olan tikilinin 28 kv.m hissəsi sökülərək İddiaçı 0,08 ha torpaq sahəsinə olan mülkiyyət hüquqları bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş torpaq sahələrinin tikinti-texniki obyektlərin tədqiqinə dair ekspertiza xərci olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN ********** X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22 №-li hesabına keçirilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-62/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-62/2023
05.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver