Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-640/2024 01.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair mülki işə 01 aprel 2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəmədə Cavabdeh1 qarşı iddia qaldıraraq Tovuz rayonu Aşağı Mülkülü kəndində mərhum X1nun adına olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə öz təşəbbüsü ilə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 cavabdeh kimi məhkəmə iclasına cəlb etmişdir. İddiaçı1 iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh1 onun qardaşıdır. X1 06 avqust 2009-cu ildə, anası X8 isə 24 avqust 2022-ci ildə vəfat etmişdir. Mərhum X1nun adına daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışa əsasən, dövlət qeydiyyatına alınmış Tovuz rayonu Aşağı Mülkülü kəndində 0,45 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 54 kv metr olan fərdi yaşayış evi vardır. Həmin evin yerləşdiyi 0,45 ha torpaq sahəsi onun və mərhum atası və anasının ümumi mülkiyyətindədir. O, həmin evdə doğulub, böyümüşdür, orda da qeydiyyatdadır. Hazırda həmin evdə qardaşı Cavabdeh1 yaşayır. Onun və ailəsinin isə həmin yaşayış evindən başqa yerləri yoxdur. Hazırda böyük qardaşı Cavabdeh2 evində yaşayır. Özünün adına olan evdə yaşamaq istəyir. Odur ki, Tovuz rayonu Aşağı Mülkülü kəndində yerləşən onun mərhum atasına məxsus evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçılar İddiaçı2 və İddiaçı3 da məhkəmə iclasında İddiaçı1 ilə eyni xüsusatda izahat verdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun qardaşıdır. Köçürülmək istədiyi evdə o ailəsi ilə birlikdə yaşayır. Anasının vəfatından əvvəl xəstə olarkən o, həmin evə köçmüş və anasına baxmışdır. Həmin müddətdə isə iddiaçı olan qardaşı oradan köçərək böyük qardaşı Məhərrəmin evində yaşamışdır. Ata və anası vəfat etdiyindən onların miras mülkündən onun da payı vardır. Həmin yaşayış evi 54 kv metrdir və iki ailənin yaşaması üçün çox kiçikdir. Odur ki, iddianı qəbul etmir. Məhkəmə tərəfindən cavabdeh kimi cəlb edilmiş Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, tərəflər olan İddiaçı1 və Cavabdeh1 onun qardaşlarıdır. Bir müddət əvvəl hər biri razılaşaraq belə qərara gəlmişlər ki, iddiaçılar onun mülkiyyətində olan fərdi yaşayış evində yaşasınlar. Həmin şifahi razılaşmaya əsasən, cavabdeh isə ailə üzvləri ilə birlikdə ata yurduna, yəni hazırki mübahisə olunan fərdi yaşayış evinə köçmüşdür. Hazırda iddiaçılar onun mülkiyyətində olan evdə, Cavabdeh1 isə ata yurdunda yaşayır. İddianı qəbul etmir. Məhkəmə iclasında məhkəmə tərəfindən cəlb edilmiş cavabdehlər Cavabdeh4, Cavabdeh3 Cavabdeh2 ilə eyni xüsusatda izahat verdilər. Məhkəmə tərəfləri dinləyərək işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qanuni və əsaslıdır, ona görə də aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, X2 adına Tovuz rayonu Aşağı Mülkülü kəndində ümumi sahəsi 54 kv metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,45 ha torpaq sahəsi X2, İddiaçı1 və X4 ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Surəti işə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 06 avqust 2009cu ildə ürək çatışmazlığı nəticəsində vəfat etmişdir. Surəti işə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 24 avqust 2022ci ildə dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı nəticəsində vəfat etmişdir. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin Aşağı Mülkülü kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 618 saylı, 15 noyabr 2023-cü il tarixli arayışından görünür ki, mərhum X2 təsərrüfatında hazırda İddiaçı1, İddiaçı2, İddiaçı3 və X7 qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən olundu ki, X2 adına Tovuz rayonu Aşağı Mülkülü kəndində ümumi sahəsi 54 kv metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,45 ha torpaq sahəsi X2, İddiaçı1 və X4 ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. X6 06 avqust 2009cu ildə ürək çatışmazlığı nəticəsində, X9 24 avqust 2022-ci ildə dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı nəticəsində vəfat etmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı mübahisəli evdə doğularaq boya-başa çatmış və hazırda həmin ev Cavabdeh1 daimi yaşayış yeri hesab olunmaqla yanaşı, İddiaçı1 daimi yaşayış yeri olmaqla, ailəsi ilə orada qeydiyyatdadır və evin yerləşdiyi torpaq sahəsinin üçdə bir hissəsi ona məxsusdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yaranmışdır. Ona görə də həmin münasibətlərə 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna və işin faktiki hallarına qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Tovuz rayonu Aşağı Mülkülü kəndində, X2, İddiaçı1 və X4 ümumi birgə mülkiyyəti kimi qeydə alınmış 0,45 ha torpaq sahəsində yerləşən, mərhum X3 məxsus olan ümumi sahəsi 54 kv metr olan fərdi yaşayış evinə köçürülməlidirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Tovuz rayonu Aşağı Mülkülü kəndində, X2, İddiaçı1 və X4 ümumi birgə mülkiyyəti kimi qeydə alınmış 0,45 ha torpaq sahəsində yerləşən, mərhum X3 məxsus olan ümumi sahəsi 54 kv metr olan fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-640/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-640/2024
01.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver