Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-655/2025 27.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Tovuz Rayon Qeydiyyat Şöbəsinə qarşı «qohumluq münasibətində olma faktının təsdiq olunması» barədə ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Tovuz Rayon Qeydiyyat Şöbəsinə qarşı «qohumluq münasibətində olma faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onun xx.xx.2009-cu ildə vəfat etmiş mərhum X5 doğma qardaşı oğlu olması, yəni onunla qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X8 onun bibisidir. X17 ailə qurmamış və övladı da olmamışdır. Bibisi xx.xx.2009-cu ildə vəfat etmişdir. Ondan miras əmlak kimi 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. Başqa vərəsəsi olmadığı üçün miras əmlakı o qəbul etmişdir. Hazırda da torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etsə də, qohumluğunu təsdiq edən sənədlər olmadığı üçün şəhadətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əyyublu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 707 saylı arayışdan görünür ki, Əyyublu kənd sakini olmuş mərhum X6 məxsus JN 552 saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun qardaşı oğlu Ərizəçi tərəfindən istifadə edilir. Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2047 saylı məktubdan görünür ki, mərhum X3 miras qalmış əmlaka dair Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Əsas qohumluq münasibətində olmanı təsdiq edən sənədlərin olmaması göstərilmişdir. «Torpağa mülkiyyət hüququna dair» JN 552 KOD 50300068 saylı Dövlət Aktından görünür ki, X6 Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə Tovuz rayonu, Əyyublu kəndi ərazisindən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Tovuz rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 1272 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə doğulmuşdur. X1, anası isə X4r. Tovuz rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 1489 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2009-cu ildə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Tovuz rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 1488 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2020-ci ildə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Tovuz rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 1939 nömrəli arayışdan görünür ki, X9 xx.xx.1937-ci ildə doğulmuşdur. X2, anası isə Aydınova Başxanım Allahverdi qızıdır. Tovuz rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 1940 nömrəli arayışdan görünür ki, X5 arayış verilən tarixə kimi daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun nikah qeydi aşkar edilməmişdir. Tovuz rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 1941 nömrəli arayışdan görünür ki, X10 ilə Aydınova Başxanım Allahverdi qızının nikahı barədə arayış verilən tarixə kimi daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onların nikah qeydi aşkar edilməmişdir. Tovuz rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 1491 nömrəli arayışdan görünür ki, X5 arayış verilən tarixə kimi daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun doğum qeydi aşkar edilməmişdir. Tovuz rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əsgərov (İsgəndərov) Nəsir İsgəndər oğlu ilə Aydınova (İsgəndərova) Başxanım Allahverdi qızına məxsus təsərrüfatbaşı kitabından 1910-1940-cı illərə aid şəxsi hesab vərəqəsindən çıxarışın göndərilməsi mümkün olmamışdır. Çünki, Qovlar qəsəbə ZDS İcraiyyə Komitəsinin 1960-cı ilə kimi təsərrüfatbaşına kitabları arxivə təhvil verilməmişdir. Doğum tarixi XX.XX.1918-ci il olan X6 məxsus olan şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, o, XX.XX.1918-ci il tarixdə Tovuz rayonu, Qovlar qəsəbəsində X7 ilə Başxanım İsgəndərovanın birgə yaşayışlarından doğulmuşdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, hazırda ərizəçinin xahişi Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksin tapmış qohumluq münasibətində olma faktının təsdiq olunmasından ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə hüquqi faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Mülki iş materialları ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.1974-cü ildə doğulmuşdur. X1, anası isə X4r. Ərizəçinin X1 isə xx.xx.1937-ci ildə doğulmuş, X2, anası isə Aydınova Başxanım Allahverdi qızı olmuşdur. Ərizəçinin atası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin qohumluq münasibətində olması faktının müəyyən edilməsini xahiş etdiyi şəxs X8 XX.XX.1918-ci il tarixdə doğulsa da, onun doğumu barədə akt qeydi aparılmamışdır. Lakin ona məxsus olan şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkası ilə onun göstərilən tarixdə Tovuz rayonu, Qovlar qəsəbəsində X7 ilə Başxanım İsgəndərovanın birgə yaşayışlarından doğulması təsdiq edilir. X8 ailə həyatı qurmamış və uşaqları doğulmamışdır. O, xx.xx.2009-cu ildə vəfat etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, «Torpağa mülkiyyət hüququna dair» JN 552 KOD 50300068 saylı Dövlət Aktı ilə X6 Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə Tovuz rayonu, Əyyublu kəndi ərazisindən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırda ərizəçi həmin torpaq sahəsi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir, lakin qohumluq münasibətlərini təsdiq edən sənədlər olmadığı üçün notariat ofisi imtina vermişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ərizəsinin əsasını təsdiq edən sübutlar təqdim edilmişdir. Məhz qeydiyyat şöbəsinin verdiyi arayışlar, icra nümayəndəliyinin verdiyi arayış, fərdi uçot kartoçkasından çıxarış ilə müəyyən edilir ki, mərhum X8 onun bibisidir. Belə ki, mülki iş materiallarınжт müqayisəli təhlili zamanı aşkar edilir ki, ərizəçinin atası Mahmud İsgəndərov xx.xx.1937-ci ildə doğulmuş, atası Nəsir Əsgərov, anası isə Başxanım Aydınovadır. Fatma İsgəndərova da XX.XX.1918-ci il tarixdə doğulmuş, onun da atası Nəsir İsgəndərov, anası isə Başxanım İsgəndərovadır. Məhkəmə qeyd edir ki, şəxslərin ata və ana soyadlarının müxtəlif olması ərizənin rəddi üçün əsas deyildir. Çünki, ərizəçinin baba və nənəsi rəsmi nikaha girməmiş, bu səbəbdən də doğum qeydlərində soyadları göstəriş üzrə yazılmışdır. Həmçinin əvvəlki dövrlərdə bu kimi texniki səhvlərin olması ağlabatandır və bu kimi hallar ərizəçinin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. Nəzərə almaq lazımdır ki, ərizəçinin hazırki məqsədinə çatması üçün yeganə yolu məhkəmə qaydasıdır. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 2 və 2.1-ci bəndləri). Göründüyü kimi Ərizəçi qohumluq münasibətini təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədin alınmaması vərəsəlik hüquqlarını həyata keçirməyə keçirməyə imkan vermir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələri) Məhkəmə hesab edir ki, Ərizəçinın maraqlı şəxs Tovuz Rayon Qeydiyyat Şöbəsinə qarşı «qohumluq münasibətində olma faktının təsdiq olunması » barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsi təmin edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi xx.xx.2009-cu ildə vəfat etmiş X8 ilə qohumluq münasibətində - yəni həmin şəxsin qardaşı oğlu olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-655/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-655/2025
27.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver