Məhkəmə qərarları › İş №2(062)-668/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-668/2024

28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-668/2024 28.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Tovuz Rovuz rayon Qeydiyyat Şöbəsinə qarşı doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun xx xxxxxx 1983-cü ildə X3 ilə X2 birgə yaşayışlarından doğulmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək verdiyi izahatında göstərdi ki, o xx xxxxxx 1983-cü ildə X5 ilə X1 qeyri-rəsmi nikahından Tovuz rayonu Çəşməli kəndində doğulmuşdur. Sonradan ona məlum olmuşdur ki, doğuş ev şəraitində olmuşdur. Ata anası qısa müddət birgə yaşadıqdan sonra ayrıldıqlarına görə o anası ilə birgə ana nənəsi Lalənin himayəsində yaşamış və onu Lalə nənəsi saxlayıb böyütmüşdür. Sonra ona şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqə əsasında yaşamış, ailə qurmuş və hazırda iki uşağı vardır. O rayon qeydiyyat şöbəsinə müraciət etikdə məlim olmuş ki, onun doğulmağı ilə əlaqədar akt qeydi aparılmamışdır. Odur ki, onun xx xxxxxx 1983-cü ildə X3 ilə X2 birgə yaşayışlarından doğulması faktının qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun qızıdır. O X4 ilə qeyri-rəsmi evlənmiş və qısa bir müddətdən sonra ayrılmışlar.Həqiqətən də birgə yaşayışlarından xx xxxxxx 1983-cü ildə Ərizəçi adlı uşağı anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir.Ülviyyə X3 ilə X2 qeyri-rəsmi nikahından doğulmuşdur. Nə zaman doğulduğunu xatırlamır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1983cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maraqlı şəxs arayışından görünür ki, Ərizəçi doğum akt qeydinin aparılması mümkün deyildir və həmin qeydiyyat məhkəmə qətnaməsi əsasında aparıla bilər. Məhkəmə ərizəçini və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1983-cü ildə X5 ilə X1 qeyri-rəsmi nikahından Tovuz rayonu Çəşməli kəndində doğulmuşdur. Ərizəçiyə şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqə əsasında yaşamış, ailə qurmuş və hazırda iki uşağı vardır. O rayon qeydiyyat şöbəsinə müraciət etikdə məlum olmuş ki, onun doğulmağı ilə əlaqədar akt qeydi aparılmamışdır. Məhkəmə qeyd edir ki, inzibati orqan doğum akt qeydinin aparılmamasını bildirsə də, şəxsiyyət vəsiqəsində ərizəçinin ata adının qeyd edilməsi o qənaətə gəlməyə əsas verir ki, əvvəllər belə bir qeyd aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 ilə X2 qeyri-rəsmi nikahından xx xxxxxx 1983-cü ildə Ərizəçi Tovuz rayonunda doğulmasının qeydə alınması faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar