Məhkəmə qərarları › İş №2(062)-696/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-696/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-696/2023 10.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə müqaviləsinə görə 195 (yüz doxsan beş) manat, avtomobil xx.xx.2022-ci il taeixindən xx.xx.2022-ci il tarixə kimi təmirdə qaldığına görə 422.50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat, avtomobilin təmirinə xərclənən 1200 (bir min iki yüz) manat, avtomobilin 5 ədəd təkərinin alınmasına görə 750 (yeddi yüz əlli) manat avtomobilin domkrat və açarrının alınmasına görə 60(altmış) manat, avtomobilin təkərinin diskisinin alınmasına görə 60 (altmış) manat dövlət rüsumuna görə 30 (otuz) manat və tələb etdikləri borc məbləğinə hesablanmış 19.95 (on doqquz manat 98 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 2613.47 (iki min altı yüz on üç manat 47 qəpik) manat məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında CHEVROLET COBALT markalı ** PH *** dövlət qediyyat nişanlı avtomobilin 1 günü 65 manat olmaq şərtilə 3 gün müddətinə icarəyə verilməsinə dair 27935F saylı xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinin icrarə müqaviləsi bağlanılaraq yol vəsiqəsi və təhvil-təslim aktı verilmişdir. Cavabdeh nəqliyyat vasitəsini icarəyə götürəndən sonra icarə müddətinə olan 195 manat borcunu ödəmişdir. Bundan başqa Cavabdeh icarəyə götürdüyü ** PH *** dövlət qediyyat nişanlı CHEVROLET COBALT markalı markalı nəqliyyat vasitəsinin təkərlərini köhnə təkərlər ilə dəyişmiş, avtomobilə məxsus donkratı və açarları götürmüş avtomobilə müxtəlif zərbələr yetirmişdir və nəticədə onlara ziyan vurmuşdur. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə tərəflərindən məlumat verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına hadisə və zərərlə bağlı izahat vermişlər. Nəticədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinə 17ci Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru Abbaszdə Nurlan toplanmış xx.xx.2022-ci il tarixli, HK-1-2967 saylı materiala əsasən cinayət işinin başlanması rədd edilməsi barədə 14 noyabr 2022-ci il tarixdə qərar qəbul etmişdir. Bununla da cavabdeh icarəyə götürdüyü CHEVROLET COBALT markalı ** PH *** dövlət qediyyat nişanlı avtomobilə aşağıdakı zərəri yetirmişdir. İcarə haqqına görə 3 gün x 32.50 manat = 195 manat, 27935F saylı xx.xx.2022-ci tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinin 4.22-ci bəndinə əsasən -icarə müddətində nəqliyyat vasitəsinə “İcarəçi” tərəfindən zərər dəysədə, nəqliyyat təmirində olduğu müddət üçün icarə haqqı “İcarəçi” tərəfindən ödəniləcəkdir. Avtomobil təmirdə olduğu müddətində təmirdən çıxdığı tarixədək hər gün üçün “İcarəyə verənə” günlük icarə haqqının 505-dək əlavə ödəniş etməlidir. Avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi təmirdə qaldığı üçün 13 gün x 32.50 manat = 422.50 manat, Avtomobilin 5 ədəd təkərinin alınmasına 5 ədəd x 150 manat=750 manat, Avtomobilin domqrat və açarının alınmasına 60 manat və avtomobilin təkərin alınmasına 60 manat, ümumilikdə 3110 manat, Qeyd olunanlarla bağlı cavabdehə poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə 001 saylı pretenziyanı göndərilib 3 gün müddətində 3110 manat pulun ödənilməsinə dair Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbi küçəsi 2/28-də faliyyət göstərən İddiaçı MMC-nə gəlməsi xahiş etmişlər. Bir neçə dəfə yazılı və şifahi xəbardarlıq etməklərinə baxmayaraq cavabdeh ödəniş etməmişdir. Bununla bağlı cavabdeh 27935F saylı xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinin 3.1-ci və 4.222-ci bəndlərinin tələblərini pozmuşdur. İddiaçı MMC-nın direktoru X1 məhkəməyə teleqram ünvanlayaraq, iddia ərizəsini tam müdafiə etdiyini, təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq, iddia ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, iddia tələbində göstərildiyi kimi İddiaçı MMC ilə onun arasında CHEVROLET COBALT markalı ** PH *** dövlət qediyyat nişanlı avtomobilin 1 günü 65 manat olmaq şərtilə 3 gün müddətinə icarəyə verilməsinə dair 27935F saylı xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinin icrarə müqaviləsi bağlanılaraq yol vəsiqəsi və təhvil-təslim aktı verilmişdir. O nəqliyyat vasitəsini icarəyə götürəndən sonra icarə müddətinə olan 195 manat borcunu ödəmişdir. O avtomobili təhvil aldığı qaydada təhvil verməsə də, avtomobobili dayancaqda saxlayaraq, avtomobilin harada olması barədə məlumat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 27935F saylı xx.xx.2022-ci tarixli icarə müqaviləsindən görünür ki, CHEVROLET COBALT markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin 1 günü 65 manat olmaq şərtilə, 3 gün müddətinə icarəyə verilmiş, yol vəsiqəsi və təhvil-təslim aktı verilmişdir. Cavabdeh icarə müqaviləsi üzrə İddiaçı MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 14 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçının göstərdiyi qaydada avtomobili o icarəyə götürsə də, o həmin avtomobili iddiaçının tələb etdiyi qaydada iddiaçıya qaytarılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 701.-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; 701.2.3. icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; 701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Məkhəmə qeyd edir ki, qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, avtomobil təhvil alındığı formada təhvil verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, icarə müqaviləsinə görə 195 (yüz doxsan beş) manat, avtomobilin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixə kimi təmirdə qaldığına görə 422.50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat, avtomobilin təmirinə xərclənən 1200 (bir min iki yüz) manat, avtomobilin 5 ədəd təkərinin alınmasına görə 750 (yeddi yüz əlli) manat, avtomobilin domkrat və açarının alınmasına görə 60 (altmış) manat, avtomobilin təkərinin diskisinin alınmasına görə 60 (altmış) manat, dövlət rüsumuna görə 30 (otuz) manat və tələb etdikləri borc məbləğinə hesablanmış 19.95 (on doqquz manat 98 qəpik) manat dövlət rüsumu, ümumilikdə 2613.47 (iki min altı yüz on üç manat 47 qəpik) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı MMC-nin xeyrinə xeyrinə tutulmalıdır. Xəbərdarlıq məktubundan (bildirişdən) görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə verilməsi üçün 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, icarə müqaviləsinə görə 195 (yüz doxsan beş) manat, avtomobilin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixə kimi təmirdə qaldığına görə 422.50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat, avtomobilin təmirinə xərclənən 1200 (bir min iki yüz) manat, avtomobilin 5 ədəd təkərinin alınmasına görə 750 (yeddi yüz əlli) manat, avtomobilin domkrat və açarının alınmasına görə 60 (altmış) manat, avtomobilin təkərinin diskisinin alınmasına görə 60 (altmış) manat, dövlət rüsumuna görə 30 (otuz) manat Cavabdeh alınıb İddiaçı MMC-nin xeyrinə xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tələb etdiyi borc məbləğinə hesablanmış dövlət rüsumunun nədən ibarət olmasına dair sübutlar məhkəməyə təqdim etməmişdir. Bundan başqa da iddiaçı iddia ərizəsinin təsviri hissəsində tələb etdiyi borc məbləğinə görə hesablanmış dövlət rüsumunun 21,10 manat olduğunu göstərsə də, xahiş etdim hissəsində 15,98 manatı tələb etmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı icarə müqaviləsinə görə 195 (yüz doxsan beş) manat, avtomobilin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixə kimi təmirdə qaldığına görə 422.50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat, avtomobilin təmirinə xərclənən 1200 (bir min iki yüz) manat, avtomobilin 5 ədəd təkərinin alınmasına görə 750 (yeddi yüz əlli) manat, avtomobilin domkrat və açarının alınmasına görə 60 (altmış) manat, avtomobilin təkərinin diskisinin alınmasına görə 60 (altmış) manat, dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə isə 2613,47 manatın alınıb verilməsini xahiş etsə də, həmin məbləğ ümumilikdə 2717 manat 5 qəpik təşki edir. Buna baxmayaraq iddiaçı tərəfindən riyazi hesablama nəticəsində texniki səhvə yol verildiyindən iddianın həmin məbləğdə təmin edilməsi iddia tələbindən kənara çıxmaqla nəticələnmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İcarə müqaviləsinə görə icarə müqaviləsinə görə 195 (yüz doxsan beş) manat, avtomobilin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixə kimi təmirdə qaldığına görə 422.50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat, avtomobilin təmirinə xərclənən 1200 (bir min iki yüz) manat, avtomobilin 5 ədəd təkərinin alınmasına görə 750 (yeddi yüz əlli) manat, avtomobilin domkrat və açarının alınmasına görə 60 (altmış) manat, avtomobilin təkərinin diskisinin alınmasına görə 60 (altmış) manat, dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə 2717,5 (iki min yeddi yüz on yeddi manat beş qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar