Məhkəmə qərarları › İş №2(062)-697/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-697/2024

22.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-697/2024 22.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı torpaqdan çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair mülki işə Tovuz şəhərində 22 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq reyestr nömrəsi **********08 olan çıxarışla ona məxsus 0,60 ha torpaq sahəsinin onların payına düşən hissəsindən Cavabdeh çıxarılması və qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh qardaşı oğludur. DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş reyestr nömrəsi ********** olan Çıxarışa əsasən, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,60 ha torpaq sahəsi onların mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsindən o və bacıları istifadə etmək istəyirlər. Lakin Cavabdeh torpaq sahəsinə girərək torpağı əkib-becərir və onları öz mülkiyyətlərindən istifadə etməyinə imkan vermir, onlara mane olur. Odur ki, mülkiyyətində olan Tovuz rayon Aşağı Quşçu kəndində yerləşən 0,60 ha torpaq sahəsinin onların payına düşən hissəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasında İddiaçı1 ilə eyni xüsusatda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçılar ilə sahələri qonşuluqda yerləşir. O, iddiaçıların sahəsini zəbt etməmişdir. Torpaqlarını özlərinə verər, lakin onun üstündə olan bütün qurğuların hamsını sökəcəkdir. O torpaqları atası sağlığında almışdır. Ona görə də ədalətli qətnamə çıxarılmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. Belə ki, surəti işə əlavə olunmuş reyestr nömrəsi **********08 olan çıxarışdan görünür ki, Tovuz rayonu Aşağı Quşçu kənd ərazisində 0,60 ha torpaq sahəsi X1, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına paylı mülkiyyət kimi qeydə alınmışdır. İşə əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 5589 kv.metrə qədər hissəsi X1, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına **********08 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış 0,60 ha torpaq sahəsi ilə üst-üstə düşür. İşə əlavə olunmuş 15 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4854 saylı ekspert rəyindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən reyestr nömrəsi **********08 olan çıxarışda göstərilən 0,60 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 5589 kv metr hissəsi üst-üstə düşür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayonu Aşağı Quşçu kəndində 0,60 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. Həmin torpaq sahəsi reyestr nömrəsi **********08 olan çıxarışla xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə X1, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına qeydiyyata alınmışdır. Mütəxəssis rəyinə əsasən, Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 5589 kv.metrə qədər hissəsi X1, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına **********08 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış 0,60 ha torpaq sahəsi ilə üst-üstə düşür. 15 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4854 saylı ekspert rəyindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən reyestr nömrəsi **********08 olan çıxarışda göstərilən 0,60 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 5589 kv metr hissəsi üst-üstə düşür. Odur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,60 ha torpaq sahəsindən çıxarılması tələbi üst-üstə düşən 5589 kv.metr hissədən çıxarılması təmin edilməlidir. Həmin sahədən onların istifadələrinə yaradılan maneə aradan qaldırılmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh istifadəsində olan torpaq sahəsinin 5589 kv metr hissəsi **********08 reyestr nömrəli çıxarışla X1, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. İddianın həmin hissəsi qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Həmin sahədən iddiaçının istifadəsinə yaradılan maneə aradan qaldırılmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən həmin xərc tərəflərdən bərabər qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh reyestr nömrəsi **********08 olan çıxarışla iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus 0,60 ha torpaq sahəsinin zəbt edilmiş 5589 kv metr hissəsindən çıxarılsın və həmin sahədən iddiaçıların istifadəsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddianın qalan hissəsi təmin edilməsin. Tərəflərin hər birindən 20 (iyirmi) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar