Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-7/2023 16.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən, habelə, işin başqa vaxta keçirilməsi barədə məhkəməyə vəsatət vermədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-7/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-7/2023
16.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver