Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-705/2024 11.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə İddiaçı cavabdehlər Tovuz Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi, Cavabdeh2 ASC-yə qarşı icra qeydlərinin etibarsız hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə onun arasında DC00311880-24 nömrəli və DCLT00311880-29 nömrəli müqavilələrə əsas pul məbləği verilmiş, həmin müqavilə öhdəlikləri tərəfindən vaxtında və lazımınca icra edilmiş, sahibkarlıq fəaliyyətində zərər yarandığından müqavilələrin icrasında yubanmalar yaranmışdır. Qeyd olunan borc müqavilələri Tovuz Regional “Asan Xidmət Mərkəzinin” Notariat Ofisində təsdiq olunmuşdur. Müqavilələrin əsasını təşkil edən hal Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan pərakəndə satış magazasının işlədilməsi olmuşdur. Hazırki vəziyyətdə həmin müqavilələr üzrə Tovuz Regional “Asan Xidmət” Mərkəzi notariat ofisi iş üzrə icra qeydi vermiş, həmin icra qeydləri ilə ondan Cavabdeh2 ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 81-21952 nömrəli icra qeydi üzrə 84 manat 64 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 5854 manat 22 qəpik; xx.xx.2023-cü il tarixli, 8İ-21953 nömrəli icra qeydi üzrə 225 manat 69 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2635 manat 73 qəpik pul tutlmuşdur. Cavabdeh Tovuz Regional Asan Xidmət Mərkəzi Notariat Ofisinin qeyd olunan icra qeydləri üzrə tələb etdiyi məbləğlər qanunsuz və əsassızdır. Hesablanmış və tələb olunan öhdəlik məbləği düzgün deyildir, borc həmin məbləği əhatə etmir, onun cavabdehə ümumi borcu tələb olunan məbləğdən çox azdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 ASC-nin nümayəndəsi isə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 8İ-21952 nömrəli icra qeydindən görünür ki, 84 manat 64 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 5854 manat 22 qəpik; xx.xx.2023-cü il tarixli, 8İ- 21953 nömrəli icra qeydi üzrə 225 manat 69 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2635 manat 73 qəpik pul tutlmuşdur. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, İddiaçı bank qarşısında öhdəliyi DC00311880-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,260.21 manat əsas borc, 484,37 manat faiz borcu, 84.64 manat cərimə borcu olmaqla, cəmi 5829.22 manat təşkil edir. Gecikmə günü-167. İddiaçı bank qarşısında öhdəliyi DC00311880-29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2,316.72 manat əsas borc, 68,32 manat faiz borcu, 225,69 manat cərimə borcu olmaqla, cəmi 2,610.73 manat təşkil edir. Gecikmə günü-124. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı notarius tərəfindən icra qeydinin aparılacağına dair məlumatlandırılmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə uyğun şəkildə dövriyyə vəsaitinin artırılması məqsədilə kredit verməklə Cavabdeh2 ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə tam əməl etmişdir. İddiaçının iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının sahibkar kimi fəaliyyətində problemlər yarandığından o, öhdəliyə riayət etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı borcun tələb edilən məbləği əks etdirməməsinə dair dəlillər sürsə də bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. “Notaria haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddiada göstərilən hallar icra qeydlərinin etibarsızlığı üçün əsas deyildir. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-705/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-705/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver