Məhkəmə qərarları › İş №2(062)-71/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-71/2023

15.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-71/2023 15.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, Aazərbaycan Respublikası Milli X1 Antropologiya və Etnoqrafiya İnstituna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə və Cavabdeh4nə qarşı “torpaqdan çıxarma və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, Aazərbaycan Respublikası Milli X1 Antropologiya və Etnoqrafiya İnstitunun hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı (reyestr nömrəsi **********, reyestr nömrəsi **********15) çıxarışa əsasən, onun mülkiyyətində olan Tovuz ratyonu Qovlar qəsəbəsi (şəhəri) ərazisində 0,9136 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsindən çıxarılmasına, cavabdeh təşkilatın həmin torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər heç bir, səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən oşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən, habelə, işin başqa vaxta keçirilməsi barədə məhkəməyə vəsatət vermədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264cü maddələrini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, Aazərbaycan Respublikası Milli X1 Antropologiya və Etnoqrafiya İnstituna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə və Cavabdeh4nə qarşı “torpaqdan çıxarma və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar