Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-72/2023 05.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Mahiyyəddin oğluna və Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaqdan çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə ona və ailə üzvlərinə Tovuz Rayon Qovlar şəhəri ərazisindən verilmiş 0,07 ha həyətyanı torpaq sahəsində cavabdehlər Cavabdeh2 Mahiyyədin oğlu və Cavabdeh1 tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsinə, tikinti materiallarının kənarlaşdırılmasına, cavabehlərin həmin torpaq sahəsindən çıxarılmasına və onların qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı göstərdi ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə ona və ailə üzvlərinə Tovuz Rayon Qovlar şəhəri ərazisindən 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-534A saylı kod 50300016 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. Cavabdehlər Cavabdeh2 Mahiyyəddin oğlu və Cavabdeh1 ona məxsus xüsusi mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt edib, orada tikili inşa etmişdirlər. O, dəfələrlə cavabdehlərə torpaq sahəsinin ona məxsus olmasını və orada qanunsuz inşa etdiklərini tikilini sökmələrini bildirsə də cavabdehlər hər dəfə müxtəlif bahanələr yaradır. Cavabdehlərin qanuna zidd əməlləri nəticəsində o, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bununla da onun torpaq sahəsi üzərində olan istifadə, sərəncam və mülkiyyət hüquqları pozulmuşdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı da cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsinin zəbt olunması öz əksini tapmışdır. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh2 Mahiyyəddin oğluna rəsmi məlumat göstərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan sənədlərlə və aparılmış məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə 0,07 ha torpaq sahəsi verilmişdir. Cavabdehlər Cavabdeh2 Mahiyyəddin oğlu və Cavabdeh1 ona məxsus xüsusi mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt edib, orada tikikli inşa etmişdirlər. Cavabdehlər isə iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsini bildirərək iddia tələbinə etiraz etmişdir. Həmçinin, mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekpert və mütəxəssis rəylərinə əsasən iddiaçının faktiki istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin JN-534A saylı şəhadətnamədə olan torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən faktiki olaraq istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağıandır. Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə verilmiş 0,07 ha torpaq sahəsində cavabdehlər Cavabdeh2 Mahiyyəddin oğlu və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililər onların öz hesabına sökülərək, ərazidəki tikinti materialları kənarlaşdırılmalı və cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Məhkəmə qanunsuz müdaxiləyə son qoyulması ilə bağlı onu qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, iddia tələbinin qalan hissəsi təmin edilməklə cavabdehlər tərəfindən yaradılmış maneəyə də son qoyulmuş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş torpaq sahələrinin tikinti-texniki obyektlərin tədqiqinə dair ekspertiza xərci olan 100 manat cavabdehlər Cavabdeh2 Mahiyyəddin oğlu və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN ********** X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22 №-li hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı adına qeydə alınmış Tovuz Rayon Qovlar şəhəri ərazisindən 0,07 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 Mahiyyəddin oğlu və Cavabdeh1 çıxarılsınlar. Həmin torpaq sahəsində olan tikili cavabdehlər Cavabdeh2 Mahiyyəddin oğlu və Cavabdeh1 hesabına sökülsün və tikinti materialları həmin ərazidən kənarlaşdırılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş torpaq sahələrinin tikinti-texniki obyektlərin tədqiqinə dair ekspertiza xərci olan 100 manat cavabdehlər Cavabdeh2 Mahiyyəddin oğlundan və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN ********** X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22 №-li hesabına keçirilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-72/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-72/2023
05.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver