Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-73/2023 01.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, X4 oolunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və Cavabdeh nümayəndəsi X1 iştirakıları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyun 2013-cü il tarixli müqavilə əsasında X2 tərəfindən bağlanmış torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəməyə ərizə verərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 işin mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının xahişi nəzərə alınmaqla iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-73/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-73/2023
01.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver