Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-73/2024 29.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək 0,12 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən İddiaçı bildirdi ki, onun mülkiyyətində 06385517 saylı 1-5-2015-ci il tarixli çıxarışla 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Cavabdeh həmin torpaq sahəsinin təxminən 10 metr enində, 40 metr uzununda olan hissəsini öz başına zəbt etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsaslara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, surəti işə əlavə olunmuş reyestr nömrəsi **********77 olan çıxarışdan görünür ki, Tovuz rayonu İbrahimhacılı kənd ərazisində 0.12 ha torpaq sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 10 iyun 2024-ü il tarixli ekspert rəyindən görünür ki, Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən İddiaçı məxsus **********77 reyestr nömrəli 0.12 ha torpaq sahəsinin 428 kv. m-ə qədər hissəsi Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasındaki fərqlilik olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı Tovuz rayonu İbrahimhacılı kəndində reyestr nömrəsi **********77 olan çıxarışla xx.xx.2015-ci il tarixində ********** qeydiyyat nömrəsi 0.12 ha torpaq sahəsi vardır. İddiaçı məxsus **********77 reyestr nömrəli 0.12 ha torpaq sahəsinin 428 kv. m-ə qədər hissəsi Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh həmin torpaq sahəsinə qanuni əsaslarla sahib olmasına dair hər hansı sübut təqdim etməmiş və ekspertiza tədqiqatı zamanı da həmin hissəyə cavabdehin hər hansı hüququnun olması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia cavabdehin Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən torpaq sahəsinin 0,12 ha torpaq sahəsinin 428 kv.metr hissəsindən çıxarılmasına dair hissədə təmin edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh istifadəsində olan torpaq sahəsinin 428 kv metr hissəsi, **********77 reyestr nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. İddianın həmin hissəsi qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh reyestr nömrəsi **********77 olan çıxarışla İddiaçı adına qeydə alınmış 0.12 ha torpaq sahəsinin 428 kv metr hissəsindən çıxarılsın. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə, 100 manat dövlət rüsumu isə alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-73/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-73/2024
29.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver