Məhkəmə qərarları › İş №2(062)-77/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-77/2023

06.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-77/2023 06.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Tovuz rayon Aşağı Quşçu kənd Bələdiyyəsinə qarşı «qanunsuz müdaxilənin qadağan edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh onun mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 2.00 ha torpaq sahəsinə və Tovuz rayonu X3 tərəfindən verilmiş həmin torpaq sahəsinə gediş-gəliş yolunun yerləşdiyi torpaq sahəsinə qanunsuz müdaxiləsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 2.00 ha olan, bir-birinə bitişik torpaq sahələri vardır. Həmin torpaq sahələri müvafiq qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və çıxarış verilmişdir. Mülkiyyətində olan 2.00 ha torpaq sahələrinə meyvə bağı salmaq istəyir və bu məqsədlə zəruri ting ehtiyyatını hazırlamışdır. Lakin meyvə tinglərinin torpaq sahəsinə əkilməsini Cavabdeh maneəsi ucbatından həyata keçirə bilmir. Belə ki, Cavabdeh heç bir hüquqi əsas olmadan onun mülkiyyətində torpaq sahəsinə müdaxilə edir, həmin torpaq sahəsində əkin işlərinin aparılmasına mane olur. Həmçinin onun mülkiyyətində olan torpaq sahəsinə başqa yerdən yol olmadığına görə Tovuz rayonu X1 xx.xx.2022-ci il tarixli qərarı ilə bələdiyyənin ehtiyyat fond torpağından yol verilmişdir. Lakin cavabdeh həmin torpaq sahəsinə qanunsuz müdaxilə edərək onun mülkiyyətində olan bələdiyyə tərəfindən verilmiş yoluda bağlanmış və həmin yoldan və torpaq sahəsindən istifadəsində problemlər yaratmışdır. Dəfələrlə Cavabdeh ilə onun mülkiyyətində olan torpaq sahəsinə müdaxilə etməməsini, torpaq sahəsində çalışan adamlara mane olmamasını tələb və xahiş etməsinə baxmayaraq o, onun tələblərinə məhəl qoymur, qanunsuz hərəkətlərini davam etdirir. Qanunsuz müdaxiləsi ucbatından o mülkiyyətində olan torpaq sahəsini lazımı qaydada əkib-becərə bilmir və həmin torpaqdan gəlir əldə edə bilmir. Ona görə də, Cavabdeh onun mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 2.00 ha torpaq sahəsinə və Tovuz rayonu X3 tərəfindən verilmiş həmin torpaq sahəsinə gediş-gəliş yolunun yerləşdiyi torpaq sahəsinə qanunsuz müdaxiləsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək Cavabdeh qanunsuz tutduğu ona məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,30 ha torpaq sahəsindən və icarə müqsaviləsi əsasında ona veürilmiş 0,30 ha torpaq sahəsindən çıxarılmasına, onun mülkiyyətində olan ümumi sahəsi 2,00 ha torpaq sahəsinəvə Tovuz rayonu X3 tərəfindən verilmiş həmin torpaq sahəsinə gediş-gəliş yolunun yerləşdiyi torpaq sahəsinə qanunsuz müdaxiləsinin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o hec kimin torpaq sahəsini zəbt etməmişdir. Eyni zamanda ekspertiza rəyi ilə də razı deyil. Belə ki, torpaq sahələrinin koordinatları düzgün deyildir. Ekspert qarşısında qoyulan suallar düzgün deyildir. Ona gərə də, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz rayon Aşağı Quşçu kənd Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Tovuz rayon Aşağı Quşçu kənd Bələdiyyəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən iddia təmin edilməlidir. İşə əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ********** qeydiyyat nömrəli, RX ******* saylı çıxarışından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 1,46 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,14 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, DTXK Tovuz rayon şöbəsi 09 avqust 1999-cu il tarixli JN-934 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, Tovuz rayon Dövlət notariat kontoru xx.xx.2018-ci il trixli 4Ə-95 nömrəli daşınmaz əmlakın alqısatqımüqaviləsinə əsasən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 1,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 10 mart 2023-cü il tarixli 10/1108 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsi kimi təqdim edilən 6678 kv.m torpaq sahəsinin baza məlumatlarına əsasən 3496 kv.m-ə qədər hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir və 3088 kv.m-ə qədər hissəsi isə İddiaçı məxsus **********51, **********49,**********02 və **********27 reyestr nömrəli çıxarışda olan torpaq sahələri ilə üsr-üstə düşür. İşə əlavə olunmuş 19 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7076 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsi kimi təqdim edilən 6678 kv.m torpaq sahəsinin 3088 kv.m-ə qədər hissəsinin İddiaçı məxsus olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İşə əlavə olunmuş torpaq sahəsinin icarəyə verilməsi müqaviləsinin surətindən görünür ki, Cavabdeh Tovuz rayonu Aşağı Quşçu kəndi 1 hektar torpaq sahəsi icarəyə verilmişdir. İşə əlavə olunmuş aktdan görünür ki, kənd sakini İddiaçı kənd bələdiyyəsinə ünvanladığı 16 saylı məktubuna əsasən ünvan 1 Tovuz ərazi İdarəsi tərəfindən verimiş İddiaçı məxsus reyestr nömrəli **********51 **********49 olan torpaq sahələrinə baxış keçirilərkən maşın və texnika üçün yolların olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh faktiki istifadəsi kimi təqdim edilən 6678 kv.m torpaq sahəsinin 3088 kv.m-ə qədər hissəsi İddiaçı məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları vardır. Cavabdeh isə yalnız bir hektar torpaq sahəsinə dair icarə müqaviləsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsi kimi təqdim edilən 6678 kv.m torpaq sahəsinin baza məlumatlarına əsasən 3496 kv.m-ə qədər hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir və 3088 kv.m-ə qədər hissəsi isə İddiaçı məxsus **********51, **********49,**********02 və **********27 reyestr nömrəli çıxarışda olan torpaq sahələri ilə üsr-üstə düşür.Məhkəmə ekspert rəyinə qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətinə verilmiş Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən torpaq sahəsindən Cavabdeh torpaq sahəsi ilə üst-üstə düşdüyündən Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Cavabdeh həmin torpaq sahəsini qanunsuz müdaxilə etməməsini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cavabdeh onun icarəsinə verilmiş torpaq sahəsindən müvəqqəti istifadəyə dair şəhadətnamə də almamışdır. Buna baxmayaraq məhkəmə cavabdehə təklif edir ki, qeyd edilən icarə müqaviləsi əsasında Tovuz rayonu X3nə müraciət edərək, həmin müqavilə əsasında ona ayrılmış torpaq sahəsinə dair şəhadətnamə almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən həmin xərc tərəflərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 200 manat təşkil edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətinə verilmiş və istifadəsində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılsın. Cavabdeh hər birindən 200 (iki yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar