Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-778/2024 18.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, oğlu X9 iştirakı ilə Ərizəçi maraqlı şəxs Tovuz regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisinə qarşı «qohumluq faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 18 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə maraqlı şəxslər Tovuz rayon Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək mərhum X6 ilə qohumluq münasibətində olması, yəni onun anası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, oğlu X11 təmsil etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, oğlu X11 iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum X6 ərizəçinin anasıdır. Ərizəçi xx xxxx 1936-cı ildə mərhum babası X4 ilə mərhum anası X3 birgə yaşayışlarından anadan olmuşdur. X4 01 sentyabr 1988-ci ildə, X6 20 iyul 1996-cı ildə vəfat etmişdir. X6 vəfat etdikdən sonra ondan qalan miras mülkü ərizəçi idarə etmişdir. Sonradan vərəsəlik hüququna dair şəhadətnamə almaq istəyən zaman mərhum anasının soyadının Abdullayeva olduğu məlum olmuşdur. Ona görə də vərəsəlik hüququna dair şəhadətnamə verilməmişdir. Odur ki, mərhum X3 ərizəçinin anası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Tovuz rayon Notariat Ofisinə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, ərizə qanuni və əsaslıdır və aşağıdakı əsaslara əsasən, təmin edilməlidir. İşə əlavə olunmuş Tovuz regional Asan Xidmət mərkəzi Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 191 saylı məktubundan görünür ki, Ərizəçi ilə mərhum X3 qohumluğunu təsdiq edən sənədlər təqdim edilmədiyi üçün mərhumdan qalmış mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 20 iyul 1996-cı ildə vəfat etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, mərhum X6 ərizəçinin anasıdır. X6 20 iyul 1996-cı ildə vəfat etmişdir. Ərizəçi anası ölən günə qədər ona baxmışdır. Hazırda mərhum anasının adına olan evi və torpağı ərizəçi idarə edir. Ərizəçi Tovuz Rayon Notariat Ofisinə mirasın qəbulu ilə bağlı müraciət etsə də, mərhum Güləndam İmamverdiyeva ilə qohumluq münasibətlərinə dair heç bir hüquqi sənəd aşkarlanmamışdır. X1 qalan mirasın qəbul edilməsi üçün qohumluq münasibətində olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi anası X5r. Bu fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2 maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 20 iyul 1996-cı il tarixdə ölmüş mərhum X6 ilə qohumluq münasibətində olması, yəni ərizəçinin anası olması faktı müəyyən olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-778/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-778/2024
18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver