Məhkəmə qərarları › İş №2(062)-785/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-785/2024

26.01.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-785/2024 26.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu , İddiaçı1, İddiaçı2,İddiaçı3 və İddiaçı4 Cavabdeh Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin təsdiq olunmasının Cavabdeh notariat ofisinin üzərinə vəzifə kimi qoyulması ” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin təsdiq olunmasının Cavabdeh notariat ofisinin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair iddia ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddiaçıların ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İşdən görünür ki, iddiaçılar tələblərini Cavabdeh notariat ofisinə qarşı yönəldərək həmin orqanda bağşlama müqaviləsinin təsdiq edilməsini istəsələr də, iddiaçılar iddia ərizəsinə həmin orqana müraciət etməklərini və həmin orqan tərəfindən müraciətlərinin təmin edilməməsini təsdiq edən hər hansı sübut əlavə etməmişlər. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin təsdiq olunmasının Cavabdeh notariat ofisinin üzərinə vəzifə kimi qoyulması ” tələbinə dair iddia ərizəsi iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar