Məhkəmə qərarları › İş №2(062)-786/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-786/2024

27.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-786/2024 27.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və ölçmə işlərinin aparılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Qaraxanlı kəndində yerləşən JN-228 A saylı Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin naturada ölçülməsinə, cavabdeh X2 tərəfindən aparılan manelərin aradan qaldırılmasına və şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. O iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin əməkdaşları tərəfindən torpaq sahəsinin müayinə edilməsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı qanuni istifadələrində olan 0,08 ha həyətyanı torpaq sahəsi ona və ailə üzvlərinə verilmişdir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində JN -228A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət qeydiyyatına alınmışdır. Torpaq islahatından əvvəl və sonra da həmin torpaq sahəsi onların istifadələrində olmuşdur. Cavabdeh X2 ilə qohudur. Onun istifadəsində olan torpaq sahəsi ilə onların mülkiyyətində olan torpaq sahəsinin ümumi sərhədi var və həmin torpaq sahəsi bitişik torpaq sahələridir. Mübahisə olunan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahələri üst-üstə düşmür və onlara məxsus olan torpaq sahəsi şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgiləri daxilindədir. DƏDRX-nin 15 saylı Tovuz Ərazi idarəsinə müraciət edərək həmin torpaq sahəsinə çıxarış almaq istəsələr də, X2 həmin torpaq sahəsində ölçü işləri aparmağa mane olmuşdur. Mülkiyyətlərində olan 0,08 ha torpaq sahəsi ilə X1 istifadəsində olan torpaq sahəsinin ara sərhəddinin müəyyən olunmasında mübahisə yaranmışdır. Qarşılıqlı surətdə və mütəxəsisin iştirakı ilə ara sərhəddinin müəyyən olunması qeyri mümükün olmuşdir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək göstərdi ki, mütəxəssislər gələrkən o evdə olmamışdır. Ona görə də anlaşılmazlıq olmuşdur. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tovuz RİHB Qaraxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, X3 1996-2000-ci ildə inşa olunmuş 2 mərtəbəli ümumi sahəsi 145 kv.m olan fərdi yaşayış evi və 0.08 hektar həyətyanı torpaq sahəsi onun adına qeyd edilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Tovuz rayonu, Qaraxanlg kəndində yerləєən fərdi yaöaygö evi ğzərində mğlkiyyət hğququnuzun düvlət reyestrində qeydiyyata algnmasg ilə barlg ********** reyestr nümrəli ərizənizə Daögnmaz Əmlakgn Düvlət Kadastrg və Reyestri publik hğquqi єəxsinin 15 saylg Tovuz Ərazi Gdarəsində baxglmgödgr. Bildiririk ki, ərizənizin icrasg ilə barlg daögnmaz əmlaka baxgö kezirilərkən fərdi yaöaygö evi ğzərində mğbahisə olduru aökar edilmiödir. “Daögnmaz əmlakgn düvlət reyestri haqqgnda” Azərbaycan Respublikasgngn Qanunun 7-ci maddəsinə əsasən daögnmaz əmlak ğzərində mğlkiyyət və digər əöya hğquqlargngn qeydiyyatg ğzğn zəruri olan mərzzəkmə və inventarlaödgrma iölərinin aparglmasg habelə mğvafiq texniki sənədlərin tərtibi qaydasg qanunvericiliklə mğəyyən edilir. Odur ki, “Daögnmaz əmlakgn düvlət reyestri haqqgnda” Azərbaycan Respublikasgngn Qanunun 15-ci maddəsinə əsasən mğlkiyyət hğququnuzun daögnmaz əmlakgn düvlət reyestrində qeydiyyata algnmasgndan imtina edilir. Daögnmaz əmlakgn düvlət reyestri haqqgnda” Azərbaycan Respublikasgngn Qanunun 2.3-cğ maddəsinə əsasən daögnmaz əmlak ğzərində qeydiyyata algnmgö hğquq mğbahisələndirilə bilər. “Daögnmaz əmlakgn düvlət reyestri haqqgnda” Azərbaycan Respublikasg Qanununun 2.3-cğ maddəsinə əsasən hğquqlargn düvlət qeydiyyatg ilə barlg mğbahisələr məhkəmə qaydasgnda həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (157.5). Hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə yaradılan maneənin aradan qaldırılması və ölçmə işlərinin aparılması barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus Tovuz rayonu Qaraxanlı kəndində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə maneələrin yaradılması cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus Tovuz rayonu Qaraxanlı kəndində yerləşən torpaq sahəsi ilə Cavabdeh məxsus Tovuz rayonu Qaraxanlı kəndində yerləşən torpaq sahəsi və sərhədlərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın.. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar