Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-789/2025 18.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi) “qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək, məhrum X8 ilə onun qohumluq münasibətdə, yəni anası olma faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 onun anasıdırr. O, xx.xx.2024-cü ildə vəfat edib. Mərhum anasından Tovuz Rayonunda miras mülkü qalmışdır. O, yeganə vərəsədir. Anasının ölümündən sonra ondan miras qalmış mülkü yeganə vərəsə kimi qəbul etmiş və mirasa sahiblik edir. Qanunvericiliyin tələblərinə əsasən mirasa dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almaq məqsədi ilə maraqlı şəxs Tovuz Regional “Asan xidmət” Mərkəzinin notariat ofisinə rəsmi ərizə ilə müraciət etmişdir. Notarius tərəfindən müvafiq sənədlər araşdırılmış və müəyyən olunmuşdur ki, ona məxsus doğum haqqında şəhadətnamədə ana qrafasında mərhum anasının soyadı Həsənova, adı Məleykə, ata adı Bayram kimi qeyd edilmişdir. Anasına məxsus doğum haqqında şəhadətnamədə də, anasının soyadı Həsənova kimi yazılıb. Atası ilə anasının nikahı olmayıb. Atasının soyadı Qasımov olduğundan anasına verilən şəxsiyyət vəsiqəsində səhv olaraq Qasımova kimi qeyd edilib. Soyadın dəyişdirilməsi ilə bağlı anasının müvafiq icra orqanında ərizəsi olmayıb. Anası vəfat edəndə ona verilən ölüm kağızında, vəsiqəyə uyğun olaraq soyadı “Qasımova” kimi qeyd edilmişdir. Ölüm kağızında qey edilən “X8”, həm ona məxsus doğum haqqında qeyd edilən “X9” eyni şəxsdir və onların eyni şəxs olması yerli icra nümayəndəliyinin məhkəməyə təqdim etdiyi arayışla təsdiq olunur. Maraqlı şəxs Tovuz Reginal ASAN xidmət Mərkəzinin notariat ofisi qeyd etdiyi uyunsuzluğa görə ona qanun üzrə vərəsəlik hüquna dair şəhadətnamə verilməsindən imtina etmişdir. Anamın soyadının ölüm kağızında Qasımova kimi yazılması bağlı mübahisə yoxdur. Vərəsəlik hüquna dair şəhadətnamənin ona verilməsinə mane olan hal X5 onun anasının olması faktının təsdiq olunması ilə mümkündür. Başqa qaydada həmin sənədlərin yenidən tərtib olunması qeyri mümkün olduğundan bu fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini müdafiə edərək, bildirdi ki, o anasından qalan torpaq sahəsini adına keçirmək istəyir. Sonda o, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Tovuz rayonunda anadan olmuşdur. X6, anası X7r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 305 nömrəli Tovuz rayon İcra Hakimiyyəti Başçısının Əlimərdanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, arayış verilmişdir Ərizəçi ondan ötrü ki, ona məxsus doğum haqqında şəhadətnamədə mərhum anası X1 qızlıq soyadı ilə “Həsənova” kimi qeyd olunmuşdur. X2 X6 ilə yaşadığı müddətdə mərhum anasının soyadı X3 göstərilmişdir. X9 və X8 eyni şəxs olmuşdur. İş materiallarına əlavə edilən Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli 3863 nömrəli məktubdan görünür ki, xx.xx.2024cü ildə Tovuz regional “Asan Xidmət” mərkəzindəki Notariat Ofisinə mərhum X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün edilən müraciətə baxılmışdır. Sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, mərhumla qohumluq münasibətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq var və bu səbəbdən müracitəti rəsmiləşdirmək mümkün deyildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları: 1960-65-cı illər üzrə Tovuz rayon Əlimərdanlı kənd icra nümayəndəliyinin nikah akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X10 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları: 1960-65-cı illər üzrə Tovuz rayon Əlimərdanlı kənd icra nümayəndəliyinin nikah akt qeydləri yoxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Belə ki, ərizəçinin izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının anası vəfat edəndə ona verilən ölüm kağızında vəsiqəyə uyğun olaraq soyadı “Qasımova” kimi qeyd edilmişdir. Ölüm kağızında qey edilən “X8” və ona məxsus doğum haqqında qeyd edilən “X9” eyni şəxsdir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi Tovuz regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisinə müraciət etmiş, mərhum X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün, mərhumla qohumluq münasibətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq var və bu səbəbdən müraciyəti rəsmiləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki Ərizəçi qohumluq münasibətində olma faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və Notariat ofisinin iddiaçının mərhumla qohumluq münasibətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq olduğundan müraciəti rəsmiləşdirmək mümkün olmamışdır. Ərizəçi “X8”, və ona məxsus doğum haqqında qeyd edilən “X9” eyni şəxs olması, və ərizəçinin anası olması faktı müəyyən edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 Ərizəçi anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-789/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-789/2025
18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver