Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-794/2024 01.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 05 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun mərhum X1nun 1932-ci ildə anadan olmasının qeydə alınması faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, X4 1932-ci ildə X5 ilə X6 birgə nikahlarından anadan olmuşdur. X1 14 oktyabr 2004-cü ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamə lazım olduqda ona məlum olmuşdur ki, atası barəsində doğum akt qeydi kitabında heç bir qeydiyyat aparılmamışdır. Odur ki, onun mərhum X1nun 1932-ci ildə anadan olmasının qeydə alınması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, X4 1932-ci ildə X5 ilə X6 birgə nikahlarından anadan olmuşdur. X4 2004-cü ildə vəfat etmiş, Qovlar şəhər qəbirstanlığında dəfn olunmuşdur. İşə əlavə olunmuş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 07 saylı imtina rəyindən görünür ki, X4 barəsində doğum haqqında akt qeydi elektron axtarış sistemində yoxlama aparılmış, lakin aşkar olunmadığından Maraqlı şəxsndə doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 12 mart 2024-cü il tarixli, 3-48-DA-4F/2-485//6/2024 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Qurban Hüseynovun doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin 27 mat 2024-cü il tarixli 3-48-DA/2-214/2024 saylı məktubundan görünür ki, X2 doğum yeri qeyd edilmədiyindən sorğu icra edilməmişdir. Məhkəmə ərizəçini dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin mərhum X1 1932-ci ildə X5 ilə X6 birgə nikahlarından anadan olmuşdur. X1 14 oktyabr 2004-cü ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamə lazım olduqda ona məlum olmuşdur ki, barəsində doğum akt qeydi kitabında heç bir qeydiyyat aparılmamışdır. Babasından qalmış mirası qəbul etməsi üçün atasının doğumunun qeydə alınması müəyyən edilməlidir. Hazırda ərizəçinin atasının doğulmasının qeydə alınmasını başqa qaydada müəyyən olunması mümkün olmadığından X2 doğumunun qeydə alınma faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin mərhum X1nun doğulması Maraqlı şəxsndə qeydə alınmadığından ona doğum haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 1932-ci ildə X5 ilə X6 birgə nikahlarından Tovuz rayonunda doğulmasının qeydə alınması faktı müəyyən edilsin. X3 doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X5, ana qrafasında X7 qeyd olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-794/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-794/2024
01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver