Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-797/2024 20.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpağın əvvəlki vəziyyətə gətirilməsinə dair” tələbinə iddia ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq ******* nömrəli daşınmaz əmlakın dövlət reyesrinin çıxarışında göstərilmiş 0,11 ha torpaq sahəsindən qanunsuz istifadə zamanı çəkilmiş xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə ona qaytarılması və torpağın əvvəlki vəziyyətinə gətirilməsinin (orada olan hasarın sökülməsi) cavabdeh tərəfindən və ya onun hesabına həyata keçrilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan **********13 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı ümumi sahəsi 0.617 ha olan torpaq sahəsini 27 dekabr 2016-cı ildə X4, X5, X11 Qızı və X2 almışdır. Torpaq sahəsinin ölçülməsi üçün 22 oktyabr 2022-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmişdır. Müraciətinə **********81 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Tovuz rayonu, Düz Qırıqlı kəndində mülkiyyətində olan 0,617 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. Hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırma və mərzçəkmə işləri aparılaraq naturada torpaq sahəsinin sərhədləri müəyyən edilərək göstərmişdir. Məlum olmuşdur ki, qonşu torpaq mülkiyyətçisi Cavabdeh onun 0,11 ha torpaq sahəsini özbaşına tutaraq (zəbt edərək) hasarlayıb və orada ərik bağı salıb. O vaxtdan Cavabdeh 0,11 ha torpaq sahəsini qanunsuz hasarladığı üçün həmin torpaq sahəsindən gəlir götürə bilməmişdir. Dəfələrlə Cavabdeh ilə danışıq yolu ilə razılaşmağa çalışmış, lakin o hər dəfə tələbinin əsassız olduğunu dilə gətirmişdir. Sonuncu dəfə 12 iyul 2023-cü ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 15 saylı Tovuz Ərazi İdarəsinin əməkdaşı tərəfindən torpaq sahəsinin əsas döngə nöqtələrinin kordinatlarının müəyyən edilməsinə baxmayaraq Cavabdeh koordinatlarının müəyyən edilməsinə baxmayaraq koordinatlarla razılaşmayaraq ona məxsus olan 0.11 ha torpaq sahəsini geri qaytarmaqdan imtina etmişdir. Ona görə də Cavabdeh tərəfindən özbaşına tutlmuş ******* nömrəli daşınmaz əmlakın dövlət reyesrinin çıxarışında göstərilmiş 0,11 ha torpaq sahəsindən qanunsuz istifadə zamanı çəkilmiş xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə ona qaytarılması və torpağın əvvəlki vəziyyətinə gətirilməsinin (orada olan hasarın sökülməsi) cavabdeh tərəfindən və ya onun hesabına həyata keçrilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq üçün vaxt verilməsini istəsə də, tərəflər arasında barışıq əldə edilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş reyestr nömrəsi **********13 olan çıxarışdan görünür ki, Tovuz rayonu Düz Qırırlı kəndində yerləşən ümumi sahəsi 0,617 ha torpaq sahəsi xx.xx.2017- ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 103 saylı reyestr kitabının 81 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş 28 avqust 2024-cü il tarixli 10/6708 saylı ekspert rəyindən görünür ki, X3 istifadə etdiyi torpaq sahəsinin 999 kv.m hissəsi AZCAD və TEKUİS məlumatlarına əsasən iddiaçıya məxsus 0,617 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir və İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ərazisində yerləşdiyi göstərilmişdir. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, **********13 saylı çıxarışa əsasən Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən ümumi sahəsi 0,617 ha torpaq sahəsi xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 103 saylı reyestr kitabının 81 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. Həmin torpaq sahəsinin 999 kv.m hissəsini Cavabdeh tutmuşdur. Həmin torpaq sahəsinin cavabdeh tərəfindən tutulması işdə olan 28 avqust 2024-cü il tarixli 10/6708 saylı ekspert rəyi ilə sübut olunur. Mübahisə olunan torpaq sahəsinə dair cavabdehin heç bir hüquq verici sənədi olmadığına görə həmin torpaq sahəsindən çıxırılmalıdır. Azərbaycan Reaspublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin : 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası orpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iddianın Cavabdeh qanunsuz istifadə zamanı çəkilmiş xərclərin əvəzinin ödənilməməsinə dair hissədə iddianı əsassız hesab edir. Belə ki, cavabdehin çəkilmiş xərclərlə bağlı hər hansı tələbi mövcud deyildir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin məcəllənin 217.3-vi maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-ci maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat dövlət düsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. Tovuz Rayonu Düz Qırıqlı kəndində yerləşən ******* nömrəli daşınmaz əmlakın dövlət reyesrinin çıxarışında göstərilmiş 0,11 ha torpaq sahəsi aidiyyəti üzrə İddiaçı Elbururs qızına qaytarılsın və torpağın əvvəlki vəziyyətinə gətirilməsi (orada olan hasarın sökülməsi) cavabdeh tərəfindən və ya onun hesabına həyata keçrilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət düsumu Cavabdehdan alınaraq İddiaçı ödənilsin. 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov