Məhkəmə qərarları › İş №2(062)-8/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-8/2025

11.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-8/2025 11.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi(vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı « payın naturada ayrılması, ona ayrılmış hissədən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və mərzlənməyə cavabdehlər tərəfindən yaradılacaq maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Əyyublu kəndinin ərazisində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.26 ha, torpaq sahəsinin planı və ölçüsünə əsasən tərəflərin paylarına uyğun olaraq torpaq sahəsinin naturada ayrılması, buna müvafiq olaraq, mülkiyyət hüquqları barədə qeydiyyatının aparılmasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi, iddiaçının payına aid ediləcək torpaq sahəsindən cavabdehlərin çıxarılması və iddiaçı ilə cavabdehlərə natura qaydasında aid ediləcək torpaq sahəsinin sərhədlərinə uyğun mərzlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cu il tarixli çıxarışına əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsinin 7/9 hissəsi ona, 1/9 hissəsi Cavabdeh1 və 1/9 hissəsi Cavabdeh2 mülkiyyətindədir. Mübahisə torpaq sahəsinin ideal bölgüsü aparılsa da, torpaq sahəsi faktiki olaraq cavabdehlərdən Cavabdeh1 istifadəsindədir və həmin torpaq sahəsindən o, istifadə edə bilmədiyindən onun mülkiyyət hüququ pozulmaqdadır. Bundan başqa, cavabdeh ona məxsus tikilini onun razılığı olmadan istiifadə edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, Tovuz rayonu Əyyublu kəndinin ərazisində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.26 ha torpaq sahəsinin onun mülkiyyətində olan 0,187764 ha hissəsinin naturada ayrılması, iddiaçının payına aid ediləcək torpaq sahəsindən cavabdehlərin çıxarılaraq ona təhvil verilməsi, iddiaçı ilə cavabdehlərə natura qaydasında aid ediləcək torpaq sahəsinin sərhədlərinə uyğun mərzlənməsinə cavabdehlər tərəfindən yaradılacaq maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakıları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin **********8 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 06 fevral 2024-cü il tarixli çıxarışdan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsinin 0,187764 ha hissəsi İddiaçı, 0,046941 ha hissəsi Cavabdeh2 və 0,0252778 ha hissəsi isə Cavabdeh1 paylı müliyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/969 №-li, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsindən tərəflərin paylarına uyğun qaydada naturada bölünməsi mümkündür. Bunun üçün, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsinin üzərində(girişdən sağ tərəfdə) yerləşən yaşayış evi ilə birlikdə sahəsi 252,8 m2 (15,80x16,0) olan torpaq sahəsi Cavabdeh1 ayrılmalı və yaranmış torpaq sahəsinə giriş-çıxış üçün dəmir qapı quraşdırılmalı, torpaq sahəsinin üzərində üzərində yerləşən (iki mərtəbəli yeni tikilmiş) yaşayış evi ilə birlikdə sahəsi 470,0 m2 (23,5x20,0)olan torpaq sahəsi Cavabdeh2 ayrılmalı, ayrılmış torpaq sahəsinə küçədən giriş-çıxış üçün dəmir qapı quraşdırılmalı, həyətyanı torpaq sahəsinin hüdudlarında qalan 1877,2 m2 (2600,0-722,8) torpaq sahəsi və girişdən sol tərəfdə yerləşən yaşayış evi ilə birlikdə İddiaçı ayrılması mümkündür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər Mülki Məcəllənin 220.3-cu maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsinin ümumi paylı mülkiyyətçiləridir. Ümumi paylı mülkiyyətçilərdən İddiaçı məhkəməyə müraciət edərək, digər mülkiyyətçilər tərəfindən mülkiyyət hüququnun pozulduğunu, ona görə də həmin ümumi paylı mülkiyyət üzrə payının ayrılmasını xahiş etmişdir. Həmçinin işin hallarından görünür ki, tərəflər arasında mübahisə olunan torpaq sahəsinin bölünməsi haqqında hər hansı bir razılaşma mövcud deyildir, ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında mübahisənin həll olunması üçün ilkin olaraq Mülki Məcəllənin 220.3- 220.4-cu maddələrində nəzərdə tutulmuş hüquqi mexanizm tətbiq edilməlidir. Belə ki, həmin maddələrin mənasına görə məhkəmə tərəfin iddiasından kənara çıxmadan əvvəlcə ümumi paylı mülkiyyətin paylara ayrılmasının mümkünlüyünü yoxlamalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/969 №-li, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, mübahisə olunan torpaq sahəsinin naturada real bölgüsü mümkün olmaqla, onun üsul və şərtləri dəqiq olaraq həmin rəydə göstərilmişdir. İşim hallarından həmin rəyin tətbiqini istisna edən hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mübahisə olunan əmlakdan həmin rəydə göstərilən qaydada pay ayrılmalıdır. Həmçinin işin hallarından görünür ki, iddiaçı və cavabdehlər arasında payın müəyyənləşdirilməsi məsələsində mübahisə vardır ki, həmin bu mübahisənin pay ayrılmasından sonra davam etdirilməsi istisna olunmur. Ona görə də məhkəmə tərəflərin arasında mübahisənin labüd olacağını nəzərə alaraq, hesab edir ki, cavabdehlər tərəfindən yaradılacaq maneələr aradan qaldırılmalı və cavabdehlər iddiaçıya ayrılmış torpaq sahəsindən çıxarılmalıdırlar. Sərhədlərinin mərzlənməsi məsələsi ilə məhkəmə qeyd edir ki, naturada bölünmüş torpaq sahələrinin mərzlənməsi şdirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin səlahiyyətində olmaqla, məhkəmənin səlahiyyətlərinə daxil deyildir. Lakin torpaq sahəsinin mərzlənməsi ilə bağlı tərəflər arasında yaranan mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etmək hüququ istisna olunmur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsi tərəflərin paylarına uyğun qaydadayəni, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsinin üzərində(girişdən sağ tərəfdə) yerləşən yaşayış evi ilə birlikdə sahəsi 252,8 m2 (15,80x16,0) olan torpaq sahəsi Cavabdeh1 ayrılmalı, yaranmış torpaq sahəsinə girişçıxış üçün dəmir qapı quraşdırılmalı, torpaq sahəsinin üzərində yerləşən (iki mərtəbəli yeni tikilmiş) yaşayış evi ilə birlikdə sahəsi 470,0 m2 (23,5x20,0)olan torpaq sahəsi Cavabdeh2 ayrılmalı, ayrılmış torpaq sahəsinə küçədən giriş-çıxış üçün dəmir qapı quraşdırılmalı, həyətyanı torpaq sahəsinin hüdudlarında qalan 1877,2 m2 (2600,0-722,8) torpaq sahəsi girişdən sol tərəfdə yerləşən yaşayış evi ilə birlikdə İddiaçı ayrılmalı, naturada ayrılmış torpaq sahəsi ilə bağlı iddiaçıya cavabvdehlər tərəfindən yaradılmış maneə aradan qaldırılmaqla, cavabdehlər iddiaçıya ayrılmış torpaq sahəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında məhkəmədən kənar qaydada mübahisə həll edilmədiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu isə müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsi tərəflərin paylarına uyğun qaydada-yəni, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsinin üzərində(girişdən sağ tərəfdə) yerləşən yaşayış evi ilə birlikdə sahəsi 252,8 m2 (15,80x16,0) olan torpaq sahəsi Cavabdeh1 ayrılmaqla yaranmış torpaq sahəsinə girişçıxış üçün dəmir qapı quraşdırılsın. Torpaq sahəsinin üzərində yerləşən (iki mərtəbəli yeni tikilmiş) yaşayış evi ilə birlikdə sahəsi 470,0 m2 (23,5x20,0)olan torpaq sahəsi Cavabdeh2 ayrılmaqla və ayrılmış torpaq sahəsinə küçədən giriş-çıxış üçün dəmir qapı quraşdırılmaqla həyətyanı torpaq sahəsinin hüdudlarında qalan 1877,2 m2 (2600,0-722,8) torpaq sahəsi girişdən sol tərəfdə yerləşən yaşayış evi ilə birlikdə İddiaçı ayrılsın. Naturada ayrılmış torpaq sahəsi ilə bağlı iddiaçıya cavabdehlər tərəfindən yaradılmış maneə aradan qaldırılsın. Cavabdeh1 və Cavabdeh2 İddiaçı ayrılmış torpaq sahəsindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 qızndan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar