Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-818/2025 07.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, X6 iclas katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 Sabı̇ r qızının və Yəhyayev Nərı̇ man Məmməd oğlunun “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçilər Ərizəçi1 Sabı̇ r qızı və Yəhyayev Nərı̇ man Məmməd oğlu (maraqlı şəxs Tovuz Rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Tovuz Rayan Məhkəməsinə müraciət edərək, məhkəmədən oğulları X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 xx.xx.2007-ci il tarixdə onların birgə nikahlarından anadan olmuşdur. X7 anadan gəlmə nitq və dilin inkişafının spesifik pozğunluqları, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusundan əziyyət çəkir. Həmin vaxtdan X4 anası Ərizəçi1 Sabı̇ r qızı qulluq etməklə onun daim qayğısına qalmışdır. Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun 1 saylı Qazax-Tovuz Regı̇ onal fı̇ lı̇ alında müvafiq qeydiyyat da aparılmışdır. X1 yetkinlik yaşına şatdığından onun anası Ərizəçi1 Sabı̇ r qızının himayəsində olmasını başqa qayda ilə təsdiq edə bilmirlər. Ona görə də mübahisənin qanuna müvafiq qaydada həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinin dəqiqləşdirilməsi Ərizəçilər Ərizəçi1 Sabı̇ r qızı və Yəhyayev Nərı̇ man Məmməd oğlu məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2007-ci il tarixdə onların birgə nikahlarından anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini, maraqlı şəxs qismində Tovuz Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qeyd edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi1 Sabı̇ r qızı ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Tovuz rayon Alakol kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ № 896667 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 (atası Yəhyayev Nərı̇ man Məmməd oğlu, anası Ərizəçi1 Sabı̇ r qızı) xx.xx.2007-ci il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. Tovuz rayon Alakol kənd üzrə nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 118291 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 Sabı̇ r qızı və Yəhyayev Nərı̇ man Məmməd oğlu arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yəhyayev, arvada Yəhyayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 292 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən X3 ağır dərəcəli əqli gerilik və davranış pozuntuları aşkar olunur. X7 öz hərəkətlərinin mənasını dərk və onları idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi Yəhyayev Nərı̇ man Məmməd oğlu tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, X3 ağır dərəcəli əqli gerilik və davranış pozuntuları aşkar olunur. X7 öz hərəkətlərinin mənasını dərk və onları idarə etmək iqtidarına malik deyil. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə Tovuz rayonunda doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-818/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-818/2025
07.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver