Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-82/2025 15.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı qızının, Cavabdeh X4 iştirakı ilə, İddiaçı qızının cavabdehlər X12, Cavabdeh2 və X6 qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qızı cavabdehlər X12, Cavabdeh2 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvlərinə məxsu reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********** saylı kənd tǝsərrüfatı təyinatlı mülkiyyətinə dair 0,3247 ha torpaq sahəsidən cavabdehlər X11, Cavabdeh2 və X4 çıxarılmasını və qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun ailə üzvlərinin mülkiyyətinə 0,3247 ha torpaq sahəsi verilmişdir. Onun ailə üzvlərinə verilən vaxtdan cavabdehlər torpaq sahəsini istifadə edirlər. Dəfələrlə onlara məxsus olan torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb etsələr də, cavabdehlər onlara məxsus olan olan torpaq sahəsindən çıxmaq istəmirlər, həmin torpaq sahəsindən onları istifadə etməyə qoymurlar. Cavabdehlər gedin hara şikayət edirsiniz edin, biz heç kimdən qorxmuruq söyləyirlər. O, öz mülkiyyətində olan torpaqdan istifadə edə bilmir və hüquqlarının bərpa olunmasını istəyir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh HCavabdeh3 iddiaya etiraz edərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli **********22 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Kirən kəndində yerləşən 0.3247 ha kənd təsərüffatı təyinatlı torpaqları ümumi birgə mülkiyyət əsasında İddiaçı, X7, X3, X5, X8 və X1 adınadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Elektron baza məlumatlarına əsasən (AZCAD) hüquqların dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakın dövlət reyestrində ********** dövlət qeydiyyatı nömrəli çıxarışda göstərilən Tovuz rayonu, Kirən kəndində yerləşən İddiaçı, X15, X9, X13, X16 və X2 ümumi birgə mülkiyyətlərində olan 0.3247 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2945 kv.m hissəsi cavabdehlər tərəfindən istifadə edilir. İstifadə olunan sahəyə cavabdehlərin hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (157.5). Hazırkı iş üzrə iddiaçı cavabdehlərə qarşı ona və ailə üzvlərinə məxsus 0,3247 ha torpaq sahəsidən cavabdehlər X11, Cavabdeh2 və X4 çıxarılmasını və qanunsuz müdaxilələrinə son qoyulması tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər iddiaçıya məxsus Tovuz rayonu, Kirən kəndində yerləşən 0,3247 ha torpaq sahəsindən çıxarılmalıdır.Belə ki, cavabdehlərin torpaq sahəsinin qeyd edilən hissəsinə dair hər hansı hüquqlarının, o cümlədən hüquq müəyyən edici sənədlərinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Tovuz rayonu, Kirən kəndində yerləşən 0,3247 ha torpaq sahəsindən cavabdehlər X17, Cavabdeh2 və X14 çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-82/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-82/2025
15.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver