Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-842/2023 18.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz rayon Notariat Kontoruna qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz rayon Notariat Kontoruna qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu Qədirli kəndində yerləşən JN:0039, KOD 50300228 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 1.60 ha pay torpaq sahəsindən və JN-487F, KOD 50300218 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.25 ha həyətyanı torpaq sahəsindən mərhumlar X4, X10 və X2 aid hissədə payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İstalat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə X4, X10, X6, X11 və İddiaçı 1.60 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində JN:0039, KOD 50300228 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Həmçinin Tovuz rayon Aqrar İstalat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə X4, X10, X6, X11 və İddiaçı 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində JN-487F, KOD 50300218 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə qeydiyyata alınmışdır. Hər iki torpaq sahəsi onların ümumi mülkiyyətində olmuşdur. X4 nənəsi, X10 atası, X6 anası, X11 isə qardaşıdır. X14 xx.xx.2016-cı ildə, atası Bağır Həbibov xx.xx.2018-ci ildə, anası Minayə Həbibova xx.xx.2010-cı ildə, X16 isə xx.xx.2012-ci ildə vəfat etmişlər. X9 yeganə vərəsəsi atası X10 olub və nənəsinin ölümündən sonra mirası faktiki olaraq atası qəbul edib. Atası və anasının ölümündən sonra isə onlardan miras qalmış əmlakları birinci növbəli vərəsə kimi o qəbul etmişdir. X16 atası Bağır Həmidovdan əvvəl vəfat etmişdir. Ona görə də hesab edir ki, mərhumlardan miras qalmış əmlakları birinci dərəcə vərəsə kimi qəbul etdiyindən həmin əmlaklar üzərində onun bötüvlükdə payı müəyyən olunmalıdır. Cavabdeh mərhum qardaşı X5 vərəsəsi olsa da, miras əmlakı qəbul etməmişdir və həmin təsərrüfatda yaşamır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) X12 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs valideynlərindən qalmış mirası faktik olaraq qəbul etmişdir. Lakin cavabdehin mərhum əri, yəni iddiaçının qardaşı isə miras əmlakı nə faktik, nə də qanunla müəyyən edilmiş formada notariat kontoruna müraciət etməklə qəbul etməmişdir. Belə olan halda isə cavabdehə mübahisəli miras əmlaklardan pay verilməsi qanunamüvafiq deyildir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə tərəflər və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN:0039, KOD 50300228 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli Qərarı ilə X1, X7, X2, X8 və İddiaçı Tovuz rayonu, Qədirli kəndi ərazisindən 1.60 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. JN-487F KOD50300218 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli Qərarı ilə X1, X7, X2, X8 və İddiaçı Tovuz rayonu, Qədirli kəndi ərazisindən 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ölüm haqqında AZ İ 949414 saylı şəhadətnamədən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ İ 809847 saylı şəhadətnamədən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ İ 421532 saylı şəhadətnamədən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ İ 513028 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə qeydiyyat aparılmışdır. Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2715 saylı məktubdan görünür ki, İddiaçı nümayəndəsi Elşad Rəhimovun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətindən vərəsələr arasında mübahisə olduğuna görə imtina edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli miras əmlak Tovuz rayonu Qədirli kəndində yerləşən JN:0039, KOD 50300228 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 1.60 ha kənd təsərrfütaı məhsulları təyinatlı torpaq sahəsindən və JN-487F, KOD 50300218 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.25 ha həyətyanı torpaq sahəsindən ibarətdir. Torpaq sahələri ümumi mülkiyyətdə olmaqla X1, X7, X2, X8 və İddiaçı məxsusudur. Mülkiyyətçilərdən Gülsüm Həbibova xx.xx.2016-cı il tarixdə ölmüş, onun yeganə vərəsəsi oğlu Bağır Həbibov olmuş və miras onun tərəfindən faktik qəbul edilmişdir. Bağır Həbibov (iddiaçının atası) xx.xx.2018-ci il tarixdə, Minayə Həbibova (iddiaçının anası) isə xx.xx.2010-cu il tarixdə ölmüşdür. Cavabdehin əri – iddiaçının qardaşı Həmid Bağırov isə xx.xx.2012-ci il tarixdə ölmüşdür. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyanlar müvafiq olaraq 2000-ci ildən bu yana vəfat etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Habelə əlaqəli hüquq normaları də təhlil edilməlidir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar (Mülki Məcəllənin 1159.1.3-cü maddəsi). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. İş materialları ilə təsdiqin tapır ki, vərəsələrdən heç biri miras əmlakdan imtina etməmişdir. İddiaçının anası Minayə Həbibovadan qalmış miras əmlak əri Bağır Həbibov, uşaqları İddiaçı və Həmid Həbibova keçmişdir. Çünki onların heç birinin mirasdan imtinası iş materiallarında mövcud deyildir. Bu halda iddiaçının payı hər bir miras əmlakdan 1/15 (1/5:3=1/15) hissə müəyyən edilir. Hər bir əmlak üzrə iddiaçı özü 1/5 hissə üzrə mülkiyyətçi olduğu üçün isə ümumi əmlakların hər birindən payı 4/15 (1/5+1/15=4/15) hissə olur. Miras əmlaklardan Gülsüm Həbibovadan qalmış pay yeganə vərəsəsi oğlu Bağır Həbibova keçmiş, bu zaman onun əmlakların hər biri üzrə payı ümumi olaraq 7/15 (arvadından keçən 1/15, özünün sahib olduğu 1/5 və anasından keçən 1/5) hissə olur. Ondan qalmış miras əmlak isə oğlu İddiaçı keçmişdir. Çünki digər oğlu Həmid Həbibov atasında qabaq vəfat etmişdir. Bu zaman iddiaçının payı atadan qalmış miras pay daxil edilməklə hər bir əmlakdan 11/15 (4/15+7/15=11/15) hissədə olmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan yanaşma “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarının təsviri hissəsində göstərilən mövqedən qaynaqlanmışdır. Həmin Qərarın təsviri hissəsində göstərilmişdir ki, xarici ölkələrin təcrübəsi araşdırılarkən bir sıra ölkələrdə daha məqsədəmüvafiq və uğurlu normativ tənzimetmənin nəzərdə tutulduğu müəyyən olunmuşdur. Məsələn, Almaniya Federativ Respublikasının mülki qanunvericiliyinə əsasən, imtina hüququnun mövcudluğuna baxmayaraq, mirasın açılması ilə miras əmlak vərəsəyə keçir. Əgər vərəsə mirası qəbul etmişsə və ya mirasdan imtina üçün nəzərdə tutulmuş müddət keçmişsə, o, mirasdan imtina edə bilməz. Mirasdan imtina müddətinin keçməsilə vərəsə mirası qəbul etmiş sayılır (Almaniya Federativ Respublikasının Mülki Məcəlləsinin 1942 və 1943-cü maddələri). Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəmüvafiq olardı. Məhkəmə göstərir ki, Konstitusiya Məhkəməsinin qərarlarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərinə də aiddir. Çünki «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi təbiəti və səlahiyyətləri pozulmuş hüquqları prosessual baxımdan bərpa etməyə imkan vermir. Bununla bağlı olaraq qanunverici həmin vəzifəni ümumi yurisdiksiyalı məhkəmələrinin üzərinə qoyur. Qeyd olunan məsələ ilə bağlı sonunculara verilmiş səlahiyyətlər müəyyən çərçivələrə malik olmaqla, Konstitusiya Məhkəməsi səlahiyyətlərinin mənimsənilməsinə, hüquqi mövqelərinin rədd edilməsinə və ya qərarlarının icra olunmamasına əsas vermir. Konstitusiya məhkəmə icraatında hüquq və azadlıqların pozulmasının müəyyən olunması və Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsindən sonra pozulmuş hüquq və azadlıqlar ümumi yurisdiksiyalı məhkəmələrdə bərpa olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarı mübahisəyə dair hüquqi məsələlərlə bağlı məhkəmənin hüquqi mövqelərini də əks etdirir. Həmin mövqelər bir qayda olaraq Konstitusiyanın əsasları, onun aliliyini və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Konstitusiyanın 130-cu maddəsinin X hissəsi nəzərdə tutur ki, qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökümətlərarası müqavilələri Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir. Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Bu qərarlar heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar («Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1, 63.4 və 66.2-ci maddələri). Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Tovuz rayonu Qədirli kəndində yerləşən JN:0039 KOD 50300228 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və JN-487F KOD 50300218 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.25 ha həyətyanı torpaq sahəsindən İddiaçı payı hər bir əmlakdan ümumi olaraq 11/15 (4/15+7/15=11/15) hissədə müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Tovuz rayonu Qədirli kəndində yerləşən JN:0039 KOD 50300228 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və JN-487F KOD 50300218 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.25 ha həyətyanı torpaq sahəsindən İddiaçı payı hər bir əmlakdan ayrı-ayrılıqda hər birinə münasibətdə ümumi olaraq 11/15 hissədə müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-842/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-842/2023
18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver