Məhkəmə qərarları › İş №2(062)-920/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-920/2025

21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-920/2025 21.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi) “qohumluq münasibətində olma faktının təsdiq olunması” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə mərhum X9 qohumluq münasibətində olma faktının təsdiq olunmasına, yəni X9 doğma qardaşı olması faktının təsdiq olunmasına dair qətnamə çıxaırlmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o və qardaşı X2 Rəhim Hüseynqulu oğlu ilə X6 birgə nikahlarından anadan olmuşlar. Atası və anası vəfat etmişdir. X3 20 fevral 2015-ci ildə vəfat edib və Tovuz Rayonu Ağacqala kənd qəbiristanlığında dəfn olunub. Qardaşı evlənməyib və onun uşaqları yoxdur. Torpaq islahatı zamanı qardaşı Qara Quliyevə pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə vərəsəlik hüququna dair şəhadətnamə almaq məqsədi ilə Tovuz Regional ASAN xidmət mərkəzinin notariat ofisinə müraciət etmişdir. Qohumluq münasibəti müəyyən olunmadığından ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina edilmişdir. X1 birinci növbəli vərəsəsi yoxdur. İkinci növbəli vərəsə kimi qardaşından miras qalmış əmlaka vərəsədir. Vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün qardaşının və onun doğum haqqında şəhadətnamələrinin Tovuz Regional ASAN xidmət Mərkəzinin notariat ofisinə təqdim etmək zərurəti yaranmışdır. Həmin şəhadətnamələr əsasında onunla qardaşı Qara Quliyevin qohumluğu müəyyən olunmalı idi. O, Tovuz Rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, müəyyən olunmuşdur ki, onun və qardaşı barəsində doğum akt qeydi kitabında doğum qeydiyyatı aparılmayıb. Onlara doğum haqqında şəhadətnamə verilməyib. Tovuz rayon Qeydiyyat şöbəsində və arxiv idarəsində onlar barəsində doğum şəhadətnaməsi aşkar olunmayıb. Yenidən doğum haqqında şəhadətnamənin ona və qardaşına verilməsi qeyri-mümkündür. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi, ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 499 nömrəli məktubundan görünür ki, Tovuz regional “Asan Xidmət” mərkəzindəki notariat ofisinə xx.xx.2015-ci ildə vəfat etmiş mərhum X8 (FİN:4PF6266) miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün etdiyiniz müraciətə baxılmışdır. Sənədlərlə tanışlıq zamanı vərəsəliyin qəbulu üçün qohumluğu təsdiq edən sənədləri (X9 və Ərizəçi doğum haqqında şəhadətnamələri) təqdim edə bilmədiyiniz səbəbindən müraciətinizi rəsmiləşdirmək mümkün deyildir. Odur ki, yuxarıdakıları nərəzə alaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşur. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 23 nömrəli imtina rəyindən görünür ki, müraciətə cavab olaraq bildirilir ki, 1942-ci ildə Tovuz rayonu Ağacqala kəndində anadan olmuş X18 barəsində doğum haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində, Tovuz rayon qeydiyyat şöbəsinin arxivində, Sarıtala kənd icra nümayəndəliyinin akt qeyd kitablarında aşkar olunmadı. Bu səbəblə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşur. İş materiallarında olan İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 22 nömrəli imtina rəyindən görünür ki, müraciətə cavab olaraq bildirilir ki, 1932-ci ildə Tovuz rayonu Keşişkənd kəndində anadan olmuş Ərizəçi barəsində doğum haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində, Tovuz rayon qeydiyyat şöbəsinin arxivində, Sarıtala kənd icra nümayəndəliyinin akt qeyd kitablarında aşkar olunmadı. Bu səbəblə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Tovuz rayon İHB-nın Ağcakənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 05 nömrəli arayışından görünür ki, verilir mərhum Ağacqala kənd sakini X18 barəsində ondan ötrü ki, o 20 fevral 2015-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat edən günə qədər Tovuz rayon Ağacqala kəndində qeydiyyatda olmuş və yaşamışdır. İş materiallarında olan Tovuz rayon İHB-nın Ağcakənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 08 nömrəli arayışından görünür ki, verilir Ağacqala kənd sakini Ərizəçi ondan ötrü ki, o həqiqətən hal-hazırda Tovuz rayon Ağacqala kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında olan Tovuz rayon İHB-nın Ağcakənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 07 nömrəli arayışından görünür ki, verilir mərhum Ağacqala kənd sakini X18 barəsində ondan ötrü ki, o 20 fevral 2015-ci il tarixdə vəfat etmişdir. Mərhum həqiqətən eyni atadan və eyni anadan doğulmuş Ərizəçi ilə doğma qardaşdır. Atası: X4 (vəfat etmişdir). Anası: X10 (vəfat etmişdir) olmuşdur. İş materiallarında olan Tovuz rayon İHB-nın Ağcakənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 06 nömrəli arayışından görünür ki, verilir mərhum Ağacqala kənd sakını X18 barəsində ondan ötrü ki, onun Ərizəçi başqa birinci dərəcəli varisi yoxdur. İş materiallarında olan JN-0053 nömrəli, 50314018 nömrəli Torpaq mülkiyyəti hüququna dair Dövlət aktının surətindən görünür ki, X14 0.21 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, ərizəçini tanıyır. Ərizəçi ilə Quluyev Qara doğma qardaş olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, o, 2013-cü ildə icra nümayəndəsi işləyirdi. Qarayev Qara 2015-ci ildə rəhmətə gedib, İltimasla bir yerdə yaşayır. Əli adlı bir qardaşı var. Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qeyd edilən Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə isə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məhkəmə onu qeyd edir ki, X18 ilə ərizəçi qardaş olduğundan, bu qohumluq münasibəti mirasın qəbulu ilə bağlı proseslərə təsirsiz ötüşmür. Ona görə də bu faktın müəyyən olunması labüddür. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə mərhum qardaşı X2 Rəhim Hüseyqulu oğlu ilə X6 birgə nikahlarından anadan olmuşlar. Ərizəçi X3 20 fevral 2015-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsaəsn hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessesual Məcəlləsinin: 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 305.1.1-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, 20 fevral 2015-ci ildə vəfat etmiş X18 Ərizəçi ilə qardaş olması faktı ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Ərizəçi qardaş olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar